"Bu təşkilatlar sifariş icraçılarıdır"

"Human Rights Watch", "Freedom House" və "Amnesty International" təşkilatların Azərbaycan haqqında hazırladıqları hesabatlarda bir yenilik görmək də mümkünsüzdür. Bu təşkilatlar heç vaxt vəziyyətə obyektiv yanaşma mövqeyindən baxmayıb və bundan sonra da baxmayacaqdır. Çünki, onlar sifariş icraçılarıdır". Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycandakı siyasi sabitliyi və iqtisadi tərəqini həzm edə bilməyən müəyyən dairələr mövcuddur: "Onlar istəyirlər ki, müəyyən yollar axtarıb Azərbaycana təsir etsin, ölkənin sabitliyi pozulsun, ərəb ölkələrin gününə düşsün. Bizə təzyiq üçün də onların silahı dərc etdikləri hesabatlarda Azərbaycandakı insan haqlarının pozulması və mətbuat azadlığının təmin edilməməsi ilə əlaqdar yazıların göstərilməsidir. Ancaq yeri gələndə Azərbaycan insan haqlarını müdafiə edən və mətbuat azadlığını təmin edən nadir ölkələrdəndir. Cinayət və cəza hər bir ölkədə var. Cəzasızlıq isə xaosa aparır".

A.Badamov əlavə edib ki, "Human Rights Watch" hesabatında adları açıqlanan insanlar müxtəlif cinayətlərdə günahlandırılanlardır: "Azərbaycan qanunları ilə ittiham olunubdur. Bəyəm ABŞ və Qərbi Avropa ölkələrində həbs olunan azdır? Var və dəfələrlə bizdən çoxdur. Hətta demokratiyanın beşiyi sayılan ölkələrdə sakit aksiya keçirən insanların necə işgəncələrə məruz qaldığını da biz görürük. Amma onlar haqqında hesabatlarda heç nə yazılmır, çox təəsüf ki, insan haqlarına yüksək hörmət göstərdiyi və ölkədə demokratik mühiti təmin etmiş Azərbaycan haqqında iyrənc hesabatlar açıqlayırlar. Bir daha düşünürəm ki, bu bizə qarşı sifariş, qarayaxma və qərəzin göstəricisidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31