2018-ci il ölkəmiz üçün dirçəliş və inkişaf ili olacaq

“2018-ci ilin bütün iqtisadi proqnozları müsbətdir”. Bu sözləri  millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, cari ildə ümumi daxili məhsulun artmasının, qeyri-neft sektorun inkişafını və iqtisadiyyatın neftdən asıllığının aradan qalxmasının sürətləndiyini müşahidə edəcəyik: “Çünki, 2017-ci ildə yaradılmış iqtsiadi baza bunu deməyimizə imkan verir.

"2018-ci ilin bütün iqtisadi proqnozları müsbətdir". Bu sözləri  millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, cari ildə ümumi daxili məhsulun artmasının, qeyri-neft sektorun inkişafını və iqtisadiyyatın neftdən asıllığının aradan qalxmasının sürətləndiyini müşahidə edəcəyik: "Çünki, 2017-ci ildə yaradılmış iqtsiadi baza bunu deməyimizə imkan verir. Yola saldığımız ildə həyata keçirməyə başladığımız islahatlar davam etdirilir və artıq öz bəhrəsini verməkdədir. Artıq cari ilin prioritetləri və hədəfləri müəyyənləşdirilib. Son illər müşahidə edirik ki, ölkəmiz hər il üçün müəyyən edilmiş hədəfləri yüksək səviyyədə icra olunur. Bu il də belə olacaqdır. Çünki, dövlət büdcəmizdə də bu ilin uğurlu inkişafı üçün vəsait yola saldığımız illə müqayisədə artımla nəzərdə tutulub. İqtisadi mənzərəmiz müsbətdir. Azərbaycan malları xarici bazarlara ayaq açıb, ölkədə sahibkarlığın inkişafına dəstək artırılıb. Bütün bunlar deməyə əsas verir ki, 2018-ci il ölkəmiz üçün dirçəliş və inkişaf ili olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31