Rusiyadan PKK-ya şok təklif: Türklərə yox, Əsədə verin
Rusiya “Zeytun Budağı” əməliyyatından az öncə PYD-yə Afrindən çıxmasını təklif edib. Bunu PYD liderlərindən biri olan Aldar Xəlil söyləyib. “Rusiya əməliyyatdan öncə bizə əlimizdəki bölgələri Suriya hökumətinə verməyimizi istədi. Biz bunu qəbul etmədik. Bütün bölgələri müdafiə edəcəyik”, – deyə o bildirib.
22 Yanvar 2018 14:58 DünyaRusiya "Zeytun Budağı" əməliyyatından az öncə PYD-yə Afrindən çıxmasını təklif edib. Bunu PYD liderlərindən biri olan Aldar Xəlil söyləyib. "Rusiya əməliyyatdan öncə bizə əlimizdəki bölgələri Suriya hökumətinə verməyimizi istədi. Biz bunu qəbul etmədik. Bütün bölgələri müdafiə edəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə ordusunun "Zeytun Budağı" əməliyyatını başlamasından bir qədər öncə Rusiya nəzarət etdiyi Afrin bölgəsindən öz hərbçilərini çıxarıb. Moskvanın bu addımı PYD-YPG terror təşkilatında narazılıq yaradıb. Terror təşkilatı Moskvanı kürdləri satmaqda ittiham edib. Axar.az