Türkiyənin haqlı davası və terrorizmə qarşı aparılan qətiyyətli mübarizə
Artıq bir neçə gündür ki, Türkiyə Suriyada uğurlu hərbi əməliyyatlara başlayıb. Afrində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində PKK-nın Suriya qanadı sayılan YPĞ, PYD-nın əsas mövqeləri və bazaları demək olar ki, darmadağın edilib. Əvvəlcə hava zərbələri ilə başlayan hərbi əməliyyatlar, daha sonra quru əməliyyatı ilə davam edib. Maraqlıdır ki, Türkiyənin haqlı olaraq başladığı hərbi əməliyyatlara bəzi ölkələr heç bir əsası olmadan kəskin etiraz ediblər. Bəs görəsən, Azərbaycanda Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatları necə dəyərləndirirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirib.
22 Yanvar 2018 14:26 SosialArtıq bir neçə gündür ki, Türkiyə Suriyada uğurlu hərbi əməliyyatlara başlayıb. Afrində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində PKK-nın Suriya qanadı sayılan YPĞ, PYD-nın əsas mövqeləri və bazaları demək olar ki, darmadağın edilib. Əvvəlcə hava zərbələri ilə başlayan hərbi əməliyyatlar, daha sonra quru əməliyyatı ilə davam edib. Maraqlıdır ki, Türkiyənin haqlı olaraq başladığı hərbi əməliyyatlara bəzi ölkələr heç bir əsası olmadan kəskin etiraz ediblər. Bəs görəsən, Azərbaycanda Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatları necə dəyərləndirirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirib.
Millət vəkili Adil Əliyev deyib ki, Türkiyə ordusu Suriyada hərbi əməliyyatlar həyata keçirməsiqardaş ölkənin təbii haqqıdır. Onun sözlərinə görə, çünki bu əməliyyat həyata keçirilməsə, PKK, PYD və YPG kimi terrorçu təşkilatlar Suriya üzərindən Türkiyəyə hücumlar edəcək və insanları qətlə yetirəcək: "Necə ki, illərdir bu çirkin əməllərindən əl çəkmirlər. Elə günü bu gün Türkiyənin Reyhanlı qəsəbəsi terrorçular tərəfindən raket atəşinə tutulub, ölən və yaralananlar var. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq özünü qoruyur. Kimsə bu hüququ Türkiyənin əlindən ala bilməz. Təsadüfi deyil ki, heç bir dövlət Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın əleyhinə çıxmayıb. Bu yekdillik ondan xəbər verir ki, Türkiyənin məqsədinin Suriyanı parçalamaq olmadığını hamı anlayır". Adil Əliyev qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır və türk ordusunun bu ərazini terrorçulardan təmizləməkdə məqsədi həm də qonşu ölkənin təhlükəsizliyinə dəstəkdir: "Odur ki, təhlükə sovuşduqdan və terrorçulara zərbələr endirildikdən sonra Türkiyə ordusu həmin əraziləri tərk edəcək və həmin ərazilər böyük ehtimalla Azad Suriya Ordusunun nəzarətinə keçəcək. Ötən dəfə həyata keçirilən əməliyyat da oxşar ssenari üzrə həyata keçirilmişdi". Millət vəkili bildirib ki,Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və bunu son əməliyyatlarla bağlı Azərbaycan XİN-dən verilən açıqlama da sübut edir: "Başqa cür ola da bilməz. Qardaş Türkiyənin terrorçularla mübarizəsini, bölgədə sabitlik yaratmaq səylərini dəstəkləyirik. Elə bizim də erməni separatçılarıyla mübarizəmizin məqsədi həm torpaqlarımızı terrorçulardan azad etmək, həm də bölgədə sabitliyi bərpa etməkdir. Tanrı orda da , burda da hərbçilərimizi qorusun".
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu isə Afrin əməliyyatı ciddi strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ABŞ-ın bütün təzyiqlərinə rəğmən Türkiyənin belə bir əməliyyat həyata keçiriləcəyinə əminlik ifadə edilib: "Ümumiyyətlə hazırda yaşananlar, Türkiyənin bölgədəki mövqeyini olduqca gücləndirəcək. Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və vu PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq". Vüqar Zifəroğlu deyib ki, Afrin, Türkiyənin terrorla mücadiləsində son dərəcə ciddi nöqtədir: "Xüsusən son dönəmlərdə PKK/PYD qruplaşmaları bu ərazidən sızaraq Türkiyənin sərhəd məntəqələrini təhdid etməkdədirlər. Faktiki olaraq Afrin PKK-nın Suriya qolu PYD üçün bir lojistik və hərəkat mərkəzi rolunu oynamaqda idi. Digər tərəfdən bu bölgə Türkiyənin "Fərat Qalxanı" Hərəkatıyla təmizlədiyi bölgəni də təhdid edir. Bildiyimiz kimi, "Fərat Qalxanı" yalnız Türk sərhəddinə İŞİD təhlükəsini aradan qaldırmadı, kürd qruplaşmalarının nəzarətində olan iki bölgə - Afrin və Kobani arasında tampon bölgə yaratdı. Bununla da kürd qruplaşmalarının Türkiyənin Suriya ilə sərhəddi boyu uzanan bir koridorun qurulmasının qarşısını aldı. Bu baxımdan Afrindən hazırda xüsusilə Azeze yönəlik hücumlar və əl-Baba doğru bu bölgədən mütəmadi olaraq edilən təzyiqləri vurğulaya bilərik. Üçüncü vacib məqam, Suriyada qarşıduran güclərin balansı ilə bağlıdır. Afrinin yerləşdiyi nöqtə "Fərat Qalxanı" ilə Türkiyənin nəzarət etdiyi bölgə və İdlib arasında birləşmə nöqtəsi olmasıdır. Şübhəsiz ki, əğər bu ərazi Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə keçsə burada bir bütövlük təmin olunacaq. Bu isə Suriya ilə bağlı müzakirələrdə Türkiyənin mövqelərini gücləndirəcək. Təbii ki, həmin ərazilərdə Rusiya hərbi bazasının və eləcə də İranın dəstəklədiyi silahlı şiə qruplaşmalarının da olması məsələnin daha həssas məqamından xəbər versə də, gözlənildiyi kimi, hər iki ölkə rəsmi Ankaranın mövqeyini anlayışla qarşıladılar, hətta Rusiyanın öz hissələrini əməliyyatların getdiyi ərazilərdən uzaqlaşdırdığı ilə bağlı xəbərlər yayıldı". Vüqar Zifəroğlu deyir ki, burada diqqət çəkən ən önəmli məqam, Moskvanın bu addımı bölücülərin liderlərinin onlara yardım üçün müraciət etmələri fonunda atması oldu: "Rusiya indiki məqamda Türkiyə ilə tərəfdaşlıqdan vaz keçmək niyyətində deyil və xarici faktorların təsiri ilə formalaşmış Ankara-Moskva-Tehran üçbucağının daha dayanıqlı, möhkəm olmasında maraqlıdır. Hətta Rusiya XİN-in başlanan əməliyyata görə ABŞ-ı qınaması və bununla da Türkiyəni haqlı hesab etməsi də olduqca önəmli diplomatik addım hesab etmək olar.
Baş verənlərə birbaşa qınayıcı münasibət bəsləyən yeganə tərəf ABŞ oldu. Lakin birmənalı şəkildə vurğulamalıyıq ki, Amerika da sözügedən qruplaşmalara görə Türkiyə ilə üz-üzə gəlmək niyyətində deyil". Ekspert hesab edir ki, Afrin əməliyyatlarının olduqca önəmli nəticələri olacaq: "Bu ilk növbədə İŞİD-də sonra bölgədəki boşluğu ABŞ-ın dəstəyi ilə doldurmağa çalışan bölücü kürd qruplaşmalarına öldürücü zərbələr vuracaq.
Ikinci məqam, Türkiyənin mövqelərini gücləndirməklə bölgənin gələcəyi ilə bağlı daha böyük söz sahibi olmaq imkanı əldə edəcək. Buna həm ərəblərlə ciddi münaqişə halında olan, ABŞ və İsrailin təzyiqlərini daha artıq dərəcədə üzərində hiss edən və getdikcə manevr imkanları daralan Tehran, həm də Qərblə bir çox cinahlarda qarşı-qarşıya duran Moskva məcburdurlar. Zatən Suriyada sülh danışıqları ilə bağlı keçən il keçirilən son Astana görüşündə hər iki ölkə Ankara ilə razılığa gəlmişdilər. Məhz bu razılıq xəbərlərindən sonra, ABŞ-ın kürd qruplaşmalarına silah yardımı daha intensiv xarakter aldı. Amma keçirilən bu əməliyyatların fonunda diqqət edilməsi ən vacib durum - zamanında durmağı bacarmaqdır. Suriya bir bataqlıqdir və dəfələrlə vurğuladığımız kimi, ən təhlükəlisi, Suriyanın ikinci Əfqanıstana çevrilməsi fonunda, Türkiyənin Pakistanın taleyini bölüşməsidir. Unutmaq olmaz: Bu bölgədə hər zaman söz sahibi olanlar, öz qanları ilə bu torpaqları suvaranlar olub".
Bütöv Azərbaycan Ocaqlarının Türk Dünyasıyla Əlaqələr üzrə müavini Faiq Ələkbərli isə deyib ki, Türk ordusunun Afrində hərbi əməliyyatlara başlamasına səbəb ABŞ-ın və onun kimi dövlətlərin Suriyanın bu bölgəsində də YPG adı altında əslində PYD/PKK kimi terrorçu qüvvələrə dəstək verməsi, hətta terrorçulardan ibarət "ordu" yaradaraq Türkiyəylə sərhədlərdə yerləşdimək niyyətidir: "Türkiyə rəhbərliyi haqlı olaraq öz sərəhdləri yanında, yəni yanı başında terrorçu "ordu"nun qurulmasına izin vermir. Çünki ABŞ-ın, eyni zamanda ondan heç də geri qalmayan Rusiya Federasiyasının əsil niyyəti Türkiyəni dörd bir yandan onların əlinin oyuncağı olacaq terrorçu "dövlətlər"lə sarımaqdır. Türkiyə rəhbərliyi çox yaxşı bilir ki, Türk düşmənlərinin əsil məqsədləri Türk-İslam dünyasının ən güclü və aparıcı dövlətini sıradan çıxarmaq üçün qollarını çirmələyiblər. Belə olduğu təqdirdə Türk ordusunun bütün bunları bir kənardan, heç nə baş verməmiş kimi izləməsi yolverilməzdir. Mən bir Azərbaycan Türkü olaraq, Azərbaycan Türk aydını olaraq Türk ordusunun terrorçuları bölgədən təmizləmək üçün başladıqları hərbi əməliyyatları birmənalı şəkildə dəstəkləyirəm".
Faiq Ələkbərli hesab edir ki, Türk Ordusu bir gün bu cür hərbi əməliyyatları Azərbaycan ordusu ilə birlikdə Dağlıq Qarabağda da aparacaq və aparmalıdır: "Ona görə də Türk ordusunun artıq bir neçə ildir ki, başladığı və bu gündə Suriyada davan etdirdiyi hərbi əməliyyatları dəstəkləyirəm. Ümid edirəm ki, Türk ordusu Suriyanı ABŞ və Rusiyanın (onların digər yandaşlarının) dəstəklədiyi terrorçulardan təmizlədikdən sonra, növbə İraq və Azərbaycan ərazisindəki terrorçu qruplaşmalara gələcəkdir. Belə bir gündə yalnız Azərbaycan türklərini deyil, bütün Türk xalqlarını, onun aydınlarını Türk Ordusunun Suriyada başladığı hərbi əməliyyatlara dəstək verməyə çağırıram".
Müstəqil ekspert Yadigar Nağıyev isə bildirib ki, regionda təzyiq yüksək dərəcədə davam edir və hər dəfə də hədəfdə Türkiyədir: "Ilk olaraq hamımız bilirik ki, Afrin ərazisində Birləşmiş Ştatlar bazalari yox, məhz Rusiya bazaları var və Türkiyə də həmin əraziyə girəcəyini əvvəlcədən Rusiyaya bildirib. Amma ruslar ərazidən gec çıxdılar və ya çıxmaq istəmədilər. Bu da ondan xəbər verir ki, Türkiyənin regiona təsirini nə Rusiya, nə də Amerika dəstəkləmir. Beləliklə ərazidən gec çıxan Rus əsgərləri Türkiyə üçün ciddi problem yaratdı. Türkiyə Silahlı Qüvvələri Afrini bombalamağa başlayanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verdi ki, rus əsgərləri ərazidən çıxmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə "dostlarım və müttəfiqlərim, o ərazini tərk edin. Əks halda olacaqlar bizim məsuliyyətimizdə deyil" deyə xəbərdarlıq etdi və hər tərəfdən bombalanan ərazidən rus əsgərləri məcbur çıxmalı oldu və Alrifat bolgəsinə çəkildilər". Yadigar Nağıyev bildirib ki, Türkiyə Afrində hərbi əməliyyatlar keçirdiyi ərəfədə Birləşmiş Ştatlarla da xırda insdent yaşanıb: "Çünki YPG əsgərlərinin daxilində lokal vətəndaşlar olsa da, ABŞ-ın treninqçi dedikləri əsgərləri ərazini tərk etməmişdi. Məncə ABS-ın Federal Hökumətin bağlanması da təsadufi deyil. Səbəb olanları kamuflaj etməkdir. Çünki qaydaya əsasən bu hallarda ABŞ ixtisarlar etməli və personalı geri çağırmalıdır.
Amma bu baş vermədi və YPĞ ilə çiyin- çiyinə ABŞ əsgərləri türklərə qarşı mübarizə aparırdı. Təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu kimi halları çox yaxşı bilir və bir daha qeyd edirdi ki, ərazidən çıxın.
Hələ bununla yanaşı Suriya dövləti YPĞ-ya kömək edərək Afrindən qacan sadə vətəndaşların Hələb şəhərinə girməsini də əngəllədi ki, Afrində günahsız insanları qətliam etməklə Türkiyəni beynəlxalq aləmdə qınaq obyektinə çevisin. Maraqlıdır ki, Suriya dövləti bu gücü hardan tapır ? Əlbəttə ki, Rusiyadan".
Süleyman