KİVDF Novruz Bayramı münasibətilə müsabiqə elan edib 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2018-ci il Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir:

İstiqamətin adı

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycançılıq ideyasının təbliği

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Ekologiya və ətraf mühitin mühafizəsi

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media  resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətlərə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

QEYD:  İnformasiya agentlikləri və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında çalışan jurnalistlər yazılarını Fondun müsabiqə ktiteriyalarına cavab verən qəzetlərdə dərc etdirməlidirlər.

5.  Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

 

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan; (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində)

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə  buraxılmır.

Yazıların qəbul qaydaları

1.  Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə

2.  Yazının elektron variantı (Arial (12)  şriftində -CD diskdə) - 1 nüsxə

3.  Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə

4.  Yazıların həcmi:  1 səhifə (A3) olmalıdır  (9-11 min işarə).

Tələb olunan sənədlər

1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),

2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),

3.   Şəxsiyyət vəsiqəsi və surəti,

4.   Şəxsi VÖEN və surəti,

5.   Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 23 yanvar 2018-ci il tarixdə başlayır, 6 mart 2018-ci il tarixdə başa çatır. 

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

QEYD: Regionlarda fəaliyyət göstərən jurnalistlər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.   

Qiymətləndirmə meyarları:

-  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

-  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

-  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

-  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

-  ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir

I  yer üçün  bir nəfər (500  AZN)  

II  yer üçün  iki nəfər (400  AZN) 

III yer üçün  üç nəfər (300  AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Yazının adı

Müəllifin Adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

Ünvanı və poçt indeksi

- iş telefonu

- ev telefonu

- mobil telefonu

- elektron poçt ünvanı

Şəxsin imzası ________________       Baş redaktorun imzası   ________________ 

M.Y.                                                                  

Sənədlərin təqdim olunma tarixi:   "____"__________ 2018-ci il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları:  (012) 537 19 45, (012)  537 19 41; 

Elektron ünvan: [email protected]

www.kivdf.gov.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31