Gündəm

İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

14 Yanvar 2019 18:41

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət vətəndaşların rifah halının yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev tərəfindən yürüdülən sosial siyasətin fəlsəfəsini ölkə vətəndaşlarının güzaranının günü-gündən yaxşılaşması təşkil edir.

"Düzəlib hər yarağımız, qalıb saqqal darağımız" — Deputatdan həmkarının ay adları barədə təklifinə REAKSİYA

14 Yanvar 2019 16:44

Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Tahir Kərimlinin təqvim aylarına milli adların verilməsi təklifinə münasibət bildirib. F.İbrahimli bu cür təklifin məntiqsiz olduğunu söyləyib:

"Zaxarova qərəzliliyini nümayiş etdirir"

14 Yanvar 2019 16:26

"Rusiyanın XİN sözçüsü Mariya Zaxarova verdiyi bəyanatlarla öz funksiyalarını aşır. Onun vəzifəsi mətbuat katibidir və o ölkəsinin prioritetlərini açıqlamalı, dövlət və nazirlik adından çıxış edərək bir sıra məsələlərə aydınlıq gətirməkdir. Lakin Zaxarovanın bu sahədə təcrübəsizliyi və qərəzliliyi görünür ona düzgün fəaliyyət göstərməyə imkan vermir”. Bu fikirləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.

Vüqar Rəhimzadə: "Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa..."

14 Yanvar 2019 16:17

Regionun, ümumilikdə, dünyanın inkişaf dinamikasına müsbət təsir edən, mühüm töhfələr verən Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır. Bu layihələr sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, region ölkələrinin iqtisadi baxımdam inkişafında əvəzedilməz faktor kimi çıxış edir. Qardaş Türkiyə, Gürcüstan, İran və digər dövlətlərlə mövcud iki və çoxtərəfli əməkdaşlıqlar gələcək də böyük perspektivlər vəd edir. Təbii ki, işğalçı Ermənistan isə bütün bu layihələrdən kənarda çöküş dövrünü yaşayır.