"Ermənistan bir çox siyasətçini "konyak diplomatiyası" ilə satın alıb"

"Bu gün Ermənistan özünün hiyləgər siyasəti ilə müxtəlif lobbiçi qruplaşmaları ələ almağı bacarır. Bura həm yunan, həm də erməni lobbiçiləri daxildir. Onlar dünya miqyasında birlikdə hərəkət edirlər. Bunlara bir növ yaxından köməklik göstərilir. Əvəzində isə Ermənistan özünün konyakı və buna bənzər müxtəlif spirtli içkilərini həmin lobbiçilərə verməyini artıq bir adət halına salıb". Bunu  politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında haqlı olaraq bildirdi ki, Ermənistan beynəlxalq arenada "konyak diplomatiyası"nı işə salıb və bir çox siyasətçiləri satın alıb: "Həqiqətən də Ermənistanın bu siyasətini pul və "konyak diplomatiyası" adlandırmaq olar. Çünki onlar işğalçı ölkə haqqında təsəvvür yaradarkən ilk dəfə olaraq məşəqqətlər çəkmiş, əzab içində "dövlət" qurmağa nail olmuş Ermənistan, erməni xalqı haqqında danışırlar. Hətta dünyada guya ilk şərabı ermənilərin çəkdiyini iddia edərək həmin lobbiçi qruplaşmalara şərab məhsullarından, başda da konyak olmaqla onları təşviq edirlər. Çox təəssüflər olsun ki, gözünə bir qədər də xristian təəssübkeşliyi qatdıqları bu diplomatiya bəzən baş tutur. Ona görə də hesab edirəm ki, bunu konyak, şərab diplomatiyası da adlandırmaq olar. Bir sözlə, ermənilər dünyanı aldatmağın müxtəlif yollarını düşünüb tapıblar. Təbii ki, onların içərisində başda gələni "konyak diplomatiyası"dır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31