Putin bu dəfə Nikolu ilk təbrik edən oldu
14 Yanvar 2019 16:56 DünyaRusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistan baş naziri təyin olunması münasibətiylə təbrik edib.
Bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Təbrik məktubunda Putin bundan sonra iki ölkə arasında müttəfiqlik münasibətlərinin güclənəcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, Putin Paşinyanı dekabrın 9-da baş tutan növbədənkənar parlament seçkisindən sonra təbrik etməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31