Ramin Əli oğlu İsayevdən dodaq ucuqladan XƏBƏR VAR!
19:14 SiyasətHarvard Universiteti Prezident Con Kennedi adına Dövlət idarəçiliyi məktəbinin məzunu olan bu ogru 2008-ci ildən SOCAR-AQŞ MMC-nin Baş direktoru, eyni zamanda, Mərkəzi Avrasiya Liderlər Alyansının üzvü idi.
2020 - ci ildə 54 milyon manatlıq mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və digər maddələrlə ittiham olunaraq həbs edilib.Arasdirmalar nəticəsində məlum olub ki, Ramin İsayevin ümumi dəyəri 54 milyon yox, təxminən 100 milyon manata yaxın olan nəhəng əmlaka sahibdir!
Media Ramin İsayevin müsadirə edilən əmlakının siyahısını əldə edib.
Pul vəsaitləri:
- 6 milyon 257 min ABŞ dolları;
- 352 min manat;
- Bank hesabında olan 133 min manat;
- 18 min 495 avro;
- 11 min 565 funt-sterlinq;
- 23 min 550 rubl, 11 min 600 Çexiya kronu, 1 345 BƏƏ dirhəmi, 40 qrivna, 500 Türkiyə lirəsi, 30 İsveçrə frankı.
Qızıl və zinət əşyaları:
- 34 ədəd "Azərgold" markalı qızıl külçə;
- "Frey Wille" markalı boyunbağı, üzük və sırğa;
- "Van Cleef & Arpels" markalı qolbaq və sırğalardan ibarət dəst.
Bakının 8 rayonunda yerləşən 19 mənzil və fərdi ev:
- Nəsimi rayonunda 5 mənzil;
- Binəqədi rayonunda 4 mənzil;
- Nərimanov rayonunda 4 mənzil;
- Suraxanı rayonunda 1 mənzil və 1 fərdi ev;
- Yasamal rayonunda 1 mənzil;
- Səbail rayonunda 1 mənzil;
- Xəzər rayonunun Buzovna qəsəbəsində 1 ev;
- Sabunçu rayonunun Nardaran qəsəbəsində, "Sea Breeze" kompleksində 1 mənzil.
- Xəzər rayonunun Buzovna qəsəbəsində 1 ev;
- Sabunçu rayonunun Nardaran qəsəbəsində, "Sea Breeze" kompleksində 1 mənzil.
Qeyri-yaşayış sahələri:
- Yasamal rayonunun Kamal Rəhimov küçəsində 4 böyük obyekt;
- Nəsimi rayonunda 1 obyekt;
- Səbail rayonunda 1 obyekt;
- Binəqədi rayonunda 1 obyekt.
Digər əmlak:
- Nəsimi rayonunda 2 qaraj;
- Binəqədi rayonunda, Səbail rayonunun Badamdar qəsəbəsində və Sabunçu rayonunun Bilgəh qəsəbəsində torpaq sahələri;
- "Audi E-Tron" markalı minik avtomobili.
Xüsusi müsadirə edilən əmlakın bir hissəsi vurulmuş 54 milyonluq ziyanın ödənilməsinə yönəldiləcək, qalan hissə dövlət nəfinə alınacaq. Tezliklə icra məmurları əmlakı satışa çıxaracaq.
Qeyd edək ki, Ramin İsayevin cinayət əməlləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aşkar edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına görə 14 il həbs cəzası verilib. Hökm artıq qanuni qüvvəyə minib.
P.S. 12 il bu görməmiş 100 milyonluq Varidat sahib olubsa , onu həbs etmək yox, edam etmək lazımdır! İnsanlar nə qədər görməmiş, acgöz, haramxor olarmış?Ay acgözlər , yeyəndə elə yeyin ki...sonra belə yaralanmayın daa...
Azərbaycan xalqına bu böyüklükdə zərbəni ancaq ermənilər vura bilərdi- desəm də, faktlar içimizdəki ermənilərin, vəzifə, pul hərislərinin daha iyrənc düşmən olduğunu sübut edir! Day, Qarabagın sərvətini mənimsəyən erməni Bakı ilə sənin nə fərqin oldu?