ABŞ-ın dövlət katibi Trampın Türkiyə ilə bağlı bəyanatını şərh edib
14 Yanvar 2019 16:05 Dünya"Donald Trampın sanksiyaya bənzər tədbirlərdən bəhs etdiyini zənn edirəm".
Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanına səfəri zamanı Prezident Donald Trampın Türkiyəyə iqtisadi sanksiya tətbiq edə biləcəkləri barədə "Twitter" səhifəsindəki yazdıqlarını şərh edərkən bildirib.
O, D.Trampın Suriyadan çıxmaq məsələsində fikrinin dəyişmədiyini, bu ölkədə təhlükəsizlik bölgənin yaradılması, Suriya sərhədinin qorunması ilə bağlı versiyaları araşdırdıqlarını bildirib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu D.Trampın bəyanatındakı hədə dilini doğru saymadığını bildirib.
Qeyd edək ki, D.Tramp Türkiyəni iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31