Polşada ifrat sağçı partiyanı dəstəkləyən hərbçilər əks-kəşfiyyatın nəzarətinə götürüləcək- ÖZƏL

Polşanın hərbi əks-kəşfiyyat xidməti ifrat sağçı Polşa Tac Konfederasiyası partiyasını dəstəkləyən təhlükəsizlik əməkdaşlarını izləyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski RMF FM radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, keçmiş prezidentliyə namizəd və hazırda Avropa Parlamentinin deputatı Qjeqoj Braun tərəfindən təsis edilən partiyanı dəstəkləyən şəxslər hərbi əks-kəşfiyyatın diqqət mərkəzinə düşə bilər.
"Hərbi əks-kəşfiyyat xidməti bu şəxslə maraqlana bilər", - deyə Zalevski bildirib.
Nazir müavini əlavə edib ki, Polşa qanunvericiliyinə əsasən, Seymə deputat seçilən hərbi qulluqçu ordudan istefa verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31