Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
13:34 Hadisəİranın Mazandaran vilayətinin Ramsər şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.
Apa xəbər verir ki, ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizdəki güclü axına düşüb.
Nəticədə 5 nəfər isə boğularaq ölüb, iki nəfər isə xilas edilib.
Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31