“Paşinyanın qurduğu platforma dayanıqlı deyil”

"Ermənistanın siyasətinə yeni elita gəlsə də, onların heç bir resursu yoxdur". Bu fikirləri  politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, resurs dedikdə bura nüfuzlu siyasətçilər, maliyyə dəstəkləri, oliqarxlar, xarici dəstəkçilər daxildir ki, hazırda düşmən ölkənin yeni hakimiyyətində bunların heç biri yoxdur və hətta onları dəstəkləyən xarici qüvvələr belə kölgədə qalmağa üstünlük verirlər: "Buna səbəb Ermənistanda riskli vəziyyətin çox olmasıdır. İndiki hakimiyyət kölgədə duran xarici qüvvələrə onların siyasi nüfuzlarına zərbə gəlməyəcəyi ilə bağlı heç bir zəmanət verə bilmir. Çünki indiki hakimiyyət müvəqqəti hakimiyyət kimi qiymətləndirilir ".

İ. Vəlizadə söyləyib ki, Ermənistanın daxili resursu illərdir ki, "Qarabağ klanı"nın əlində cəmləşib: "Hazırda Qarabağ klanı arxa plana keçdiyindən, ortada real resurs yoxdur. Hazırda Ermənistan parlamentinin əksəriyyətini 1990-92-ci il təvəllüdlü gənclər təşkil etdiyi üçün cəmiyyət onları tanımır. Gənclərin orada təmsil olunması qəbahət deyil, lakin onların siyasətdə də rolu olmalıdır. Amma burada təmsil olunanlar Paşinyanla tanışlıq hesabına deputatlıq mandatına gələnlərdir. Belə olan halda, Paşinyanın Ermənistanda qurduğu yeni platforma dayanıqlı görsənmir və onların siyasi aqibəti məlum deyil".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31