Fərdi evlərdə Dövlət Gerbinin yerləşdirilməsi qanunidirmi? -Özəl
14:06 SiyasətDövlət Gerbindən qanunsuz istifadə hansı məsuliyyəti yaradır?
Son vaxtlar Azərbaycanın Dövlət Gerbindən qanunsuz istifadə halları müşahidə olunmaqdadır. Belə hallara daha çox fərdi evlərin və iaşə oyektlərinin üzərində rast gəlinir. Bəs, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları necə tənzimlənir? "Olaylar"ın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Qanunla nizamlanır. Qanunvericiliyə əsasən Dövlət Gerdinin yerləşdirilməsi məcburi olan əsas binalar və otaqlar bunlardır: Azərbaycan Respublikası Prezidentinin rezidensiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası, prokurorluq, yerli icra hakimiyyətləri və digər dövlət orqanlarının binaları. Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri, konsulluqları və nümayəndəliklərinin binaları. Dövlət orqanlarının rəhbərlərinin iş otaqları, məhkəmə zalı.
Milli qanunvericilik Dövlət Gerbinin sənədlər və rəsmi nəşrlərdə də əksini tapmasına imkan verir. Həmin sənədlərin siyahısına aşağıdakılar daxildir: Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, Milli Məclisin, Prezidentin, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının rəsmi aktlarının dərc edildiyi nəşrlər. Dövlət orqanlarının blankları və möhürləri. Azərbaycan Respublikası vətəndaşının pasportu, şəxsiyyət vəsiqəsi və digər dövlət nümunəli sənədlər. Azərbaycan Respublikasının pul nişanları (manat) və dövlət qiymətli kağızları.
Dövlət Gerbinə hörmətsizlik göstərilməsi qanunla müəyyən edilmiş cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Dövlət Gerbinin təsvirindən özəl müəssisələrin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların simvolikasında (loqo, emblem) istifadə edilməsi qadağandır. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Dövlət Gerbinin təsvirinin kommersiya və ya reklam məqsədilə istifadəsinə yol verilmir. Dövlət Gerbi dövlət rəmzi olduğu üçün müəlliflik hüququnun obyekti sayılmır.