İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət vətəndaşların rifah halının yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev tərəfindən yürüdülən sosial siyasətin fəlsəfəsini ölkə vətəndaşlarının güzaranının günü-gündən yaxşılaşması təşkil edir.

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət vətəndaşların rifah halının yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev tərəfindən yürüdülən sosial siyasətin fəlsəfəsini ölkə vətəndaşlarının güzaranının günü-gündən yaxşılaşması təşkil edir.  

Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır: "Bu fakt əməli işdə o həddə  sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ daha qabarıq şəkildə görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır. Etiraf edilməlidir ki, müharibə şəraitində yaşayan ölkədə belə bir sürət tempini saxlamaq elə də asan məsələ deyil. Üstəlik, dünyanın neft bazarında neftin qiymətinin düşməsi nəticəsində yaranmış problemlər fonunda sosial layihələrin həyata keçirilməsi gərgin zəhmət və qətiyyətli iradə tələb olunur. Buna  baxmayaraq Azərbaycan dövləti  bu maniələri dəf etməyi bacarır, əhalinin güzəranının səviyyəsini saxlamaq üçün problemləri sosial yanaşma metodu ilə aradan qaldırmağa səy göstərir. Etiraf edilməlidir ki, prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial siyasətin mahiyyətində Azərbaycan vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması durur".

Xatırladaq ki, Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində  17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib ki, "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31