İspaniya müxalifət lideri hakimiyyəti Seuta hadisələrinə zəif reaksiya verməkdə günahlandırdı ÖZƏL

İspaniyanın əsas müxalifət Xalq Partiyasının (PP) lideri Alberto Nunyes Feyjoo ölkə hökumətini Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərindəki miqrant böhranına zəif reaksiya verməkdə günahlandırdı.
Olaylar.az xəbər verir ki, siyasətçinin X-də yazdığı kimi, gecə boyu insanlar şəhərə gəlməyə davam edib. PP liderinin sözlərinə görə, təxminən 400 qanunsuz immiqrant muxtar Melilya şəhərinə daxil olub. Feyjoo İspaniyanın Baş naziri Pedro Sançesi milli təhlükəsizliyi və ölkənin ərazi bütövlüyünü qorumağa çağırıb.
Partiya lideri hesab edir ki, "Baş nazir kimi onun alətləri və  resursları var və qalan tək şey təlimat verməkdir". Onun sözlərinə görə, vəziyyətin ciddiliyinə baxmayaraq, "hökumətbu zəifliklə reaksiya verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31