Gündəm
“Qarabağ münaqişəsi ilə bağlı...” - İlham Əliyev
“Qarabağ münaqişəsi ilə bağlı...” - İlham Əliyev
İlk dəfə - Xəstəyə ilk dəfə dronun çatdırdığı donor orqanı köçürüldü
Merilend Universitetinin tədqiqatçıları dünyada ilk dəfə insan orqanının çatdırılması üçün pilotsuz uçan aparatdan istifadə ediblər. Məlumata görə, dron donor böyrəyini aprelin Baltimorda Merilend Universitetinin Tibb Mərkəzinə çatdırıb. Uçuş müddəti barədə məlumat verilməsə də, universitet əməkdaşları tərəfindən hazırlanan xüsusi konteynerdə olan böyrək təhlükəsiz çatdırıldıqdan sonra həkimlər onu 8 il əməliyyat gözləyən 44 yaşlı xəstəyə köçürüblər. Əməliyyat uğurla başa çatıb və qadın aprelin 15-də xəstəxanadan evə buraxılıb.
“Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar keçirilib
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən təşkil olunan “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını Mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb.
Azərbaycanlı gənclər “Yer ümumi evimizdir” adlı beynəlxalq festival-müsabiqədə
Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer ümumi evimizdir” adlı XVII Beynəlxalq Uşaq və Gənclərin Musiqi Yaradıcılığı Festivalı keçirilmişdir. Olaylar.az bildirir ki, builki festivala dünyanın 10 ölkəsindən (Azərbaycan, Rusiya, Çexiya, Tunis, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Çin, Hindistan) 28 musiqi kollektivi qatılmışdır. Ölkəmizi tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Alov” folklor ansamblı təmsil etmişdir. Festival çərçivəsində - xoreoqrafiya, xor ifaçılığı, instrumental musiqi və folklor sənəti nominasiyaları üzrə müsabiqə keçirilmişdir.
Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirildi
Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla yenicə çapdan çıxmış kitabın Ramiz Mehdiyevin uzun zamandan etibarən elmi araşdırmalarının nəticəsi kimi işıq üzü gördüyünü bildirib:
“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə teatr sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Nazir 30 aprel terrorunda həyatını itirənlərin anım mərasimində
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 10 il əvvəl baş vermiş terror qurbanlarının xatirəsini anım mərasimində iştirak edib.
Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcə
Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək Nigar Nigar "Olaylar" 2-3 may tarixində keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qana Respublikasının Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahi Aljabri, Monteneqronun Daxili işlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi iştirak etmək üçün ölkəmizə səfər edəcəkdir.
İsveçdə Füzuli qəzəllərinin dil və mətni araşdırılıb
İsveç Krallığının Uppsala şəhərində Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının təşkilatçılığı ilə 4-cü Beynəlxalq Elmi Araşdırmalar Konqresi keçirilib.
“Microsoft”un məhsullarında 700-dən çox problem aşkar edilib
2013-2018-ci illərdə “Microsoft” şirkətinin həllərində boşluqların sayı 110% yüksəlib. 2018-ci ildə texnologiya nəhənginin məhsullarında ümumilikdə 700-dən çox problem aşkar edilib. Bu haqda “BeyondTrust” şirkətinin “Microsoft”un proqram təminatında aşkar edilmiş boşluqlara həsr edilmiş yeni hesabatında məlumat verilib.
Dövlət Xidmətinin rəisi AƏQA-nın prezidenti Lidiya Pliberşeki qəbul edib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının (The Association of Significant Cemeteries in Europe - ASCE) prezidenti Lidiya Pliberşeklə görüşüb.
Eldar şamının təbii bərpasının monitorinqi aparılıb
AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya elmləri doktoru Vahid Fərzəliyevin rəhbərliyi ilə bu elm müəssisəsinin əməkdaşları Eldar Şamı Dövlət Təbiəti Qoruğunda ekspedisiyada olublar.
Nizami Gəncəvinin “Yeddi gözəl”indən seçmələr ilk dəfə slovak dilində nəşr olundu
Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümə olunaraq Bratislavada nəşr edilib. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. Kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər daxil edilib.
Poroşenko beynəlxalq tribunala cəlb edilsin - ŞOK ÇAĞIRIŞ
“Almaniya üçün Alternativ” partiyasından deputat Qunnar Lindemann Ukrayna prezidenti Petro Poroşenkonu beynəlxalq tribunala cəlb etməyə çağırıb. O, bu haqda Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.
Rusiyanın qonşu dövləti parçalamaq məqsədi... - ŞƏRH
Rusiya prezident Vladimir Putinin Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodan xoşu gəlməsə ona o qədər ilişmirdi. Putin son günlərdə Ukraynanın yeni seçilən və hələ heç andiçməsi olmayan yeni prezidenti Vladimir Zeneskiyə hər gün söz və atmaca atır, bəzən jurnalistləri yanına çağırır, növbəti mesajını Kiyevə yollayır. Öz növbəsində Zelenski də bu atmacaları cavabsız qoymur, sonuncu dəfə istirahət etdiyi Bodrumdan göndərdiyi mesajı beləydi ki, Ukrayna Rusiyadan demokratik ölkədir, azad seçki var, insanlar Rusiyadakından fərqli olaraq fikirlərini azad ifadə etdiklərinə görə həbsə atılmırlar. Putin bunu cavasız qoymadı və ənənəvi acı yumorundan da qalmadı: “Ukraynada bu qədər azadlıq və demokratiya varsa, Zelenskiyə təklif edirəm ki, gürcü və eyni zamanda ukraynalı olan Mixail Saakaşvilini ölkəsinə buraxsın”.














