Prezident Almaniya və Rusiya nümayəndələrinin Bakıdakı gizli görüşü barədə məlumatlara münasibət bildirib - VİDEO

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında keçirilən görüş barədə açıqlama verib.

Olaylar xəbər verir ki, Prezident Bakıda Almaniya və Rusiya nümayəndələri arasında keçirilən görüş barədə xəbəri "The Times" qəzetindən öyrəndiyini deyib: "Bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq. Dünən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istədim və "The Times" qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi".

Prezidentin mövzu barədə çıxışını təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31