Azərbaycan artıq regional məsələlərin həllində fəal iştirak edən dövlətdir- ÖZƏL
16:15 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslər sürətlə dəyişir. Enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yeni iqtisadi əməkdaşlıq formatlarının formalaşması Azərbaycanın əhəmiyyətini daha da artırır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Orta Dəhlizin inkişafı, Xəzər regionunun tranzit potensialı və yaşıl enerji layihələri ölkəmizi Avrasiya məkanının əsas logistika və enerji mərkəzlərindən birinə çevirir. Azərbaycan artıq regional məsələlərin müzakirə olunduğu deyil, onların həllində fəal iştirak edən və təşəbbüslər irəli sürən dövlətdir. Prezident İlham Əliyevin Berlindəki bəyanatı da məhz bu reallığın siyasi ifadəsi idi. Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir, tərəfdaşlarının sayını artırır və yeni əməkdaşlıq imkanları yaradır.
Bugünkü geosiyasi şəraitdə etibarlı tərəfdaş olmaq ən böyük üstünlüklərdən biridir. Azərbaycan bu statusu yalnız sözlə deyil, konkret layihələri, öhdəliklərinə sadiqliyi və praqmatik siyasəti ilə qazanıb. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlində səsləndirdiyi mesajlar göstərdi ki, ölkəmiz Avropa ilə əməkdaşlığın yeni mərhələsinə inamla qədəm qoyur. Bu əməkdaşlıq isə təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi, enerji təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır"