İlk dəfə - Xəstəyə ilk dəfə dronun çatdırdığı donor orqanı köçürüldü

Merilend Universitetinin tədqiqatçıları dünyada ilk dəfə insan orqanının çatdırılması üçün pilotsuz uçan aparatdan istifadə ediblər. Məlumata görə, dron donor böyrəyini aprelin Baltimorda Merilend Universitetinin Tibb Mərkəzinə çatdırıb. Uçuş müddəti barədə məlumat verilməsə də, universitet əməkdaşları tərəfindən hazırlanan xüsusi konteynerdə olan böyrək təhlükəsiz çatdırıldıqdan sonra həkimlər onu 8 il əməliyyat gözləyən 44 yaşlı xəstəyə köçürüblər. Əməliyyat uğurla başa çatıb və qadın aprelin 15-də xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, donor orqanlarının operativ çatdırılması transplantasiya üzrə uğurlu əməliyyatın təminində böyük əhəmiyyət kəsb edir. Statistikaya görə, yolda müxtəlif hadisələr və yubanmalarla əlaqədar orqanların 1,5 faizi köçürülmə üçün yararsız hala düşür. Dronlardan istifadə isə orqanların çatdırılmasını sürətləndirə və bu göstəricini azalda bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31