ABŞ senatoru Gürcüstan hökumətini siyasi məhbusları azad etməyə çağırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ senatoru Cinn Şahin (Demokratlar Partiyası) Gürcüstan hökumətinə müraciət edərək jurnalist Vaxo Sanaya və onlarca digər siyasi məhbusun dərhal azad edilməsini tələb edib.

Senator bildirib ki, söz azadlığı fəaliyyət gösterən demokratiyanın əsasını təşkil edir və rəsmi Tbilisinin fərqli düşüncəyə göstərdiyi ögey münasibət ölkədəki "demokratik tənəzzülün" növbəti göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31