Yaxın Şərqin taleyini müəyyən edəcək sual: ABŞ və İran sülhə yaxınlaşa bilərmi?- ÖZƏL

İran və ABŞ arasında artan hərbi-siyasi gərginlik, Hörmüz boğazı ətrafındakı qarşılıqlı bəyanatlar və hərbi əməliyyatlarla bağlı xəbərlər Yaxın Şərqin gələcəyi ilə bağlı narahatlıqları artırır. Mümkün sülh sazişindən sonra bölgədə formalaşacaq yeni geosiyasi reallığın dünya iqtisadiyyatı, enerji təhlükəsizliyi və qlobal bazarlara təsiri əsas müzakirə mövzularındandır.

ABŞ-İran qarşıdurmasının aktiv mərhələsi başa çatsa və tərəflər arasında sülh razılaşması əldə olunsa, bu, Yaxın Şərqdə geosiyasi balansı necə dəyişəcək?

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" İndiki halda ABŞ və İran arasında heç zaman razılıq və sülh olmayacaq. İsrail və yəhudi lobbisi buna əsla imkan verməz. İrana qarşı müdaxilə onilliklərlə düşünülüb hazırlanmış planın tərkib hissəsidir. ABŞ nəinki bölgədə, ümumiyyətlə bütün dünyada iqtisadi qaynaqları nəzarətə götürməyi məqsəd qoyub. Hətta beynəlxalq təşkilatların və beynəlxalq aləmin də etirazlarına məhəl qoymadan öz prinsipal mövqeyində qalır. Yaxın Şərqdəki siyasətində dəyişiklik etməyi mümkünsüz sayan İsrailin maraqları və təhlükəsizliyi naminə ABŞ İrana qarşı müharibə etməyə məcburdur. Çünki eyni zamanda İran da öz prinsipial mövqeyindən əl çəkmir. Əgər hansısa danışıqlar, səthi razılaşma olsa belə bu, mövsümi, situativ xarakter daşıyacaq və zəmin yaranan kimi hərbi qarşıdurma davam edəcək. Hazırda toqquşmalar davam edir və müharibə ehtimalı daha çoxdur. Müharibə riskinin olduğu məqamda kimin hansı qazancı götürməsi də yalnız ehtimal olaraq qalır. Vəziyətin hansı istiqamətdə cərəyan etməsi fayda götürənlərin hədəfini müəyyən edəcək. Hələ ki, qeyri-müəyyənlik davam edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31