Gündəm
Ermənistanın kəşfiyyat şefi Azərbaycanda - FOTO
Ermənistan milli təhlükəsizlik şurasının başçısı Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Kraliça gəlinini təltif etdi
Britaniya kraliçası II Yelizaveta şahzadə Uilyamın xanımı Keyt Middltonu ordenlə təltif edib. “Kraliça Viktoriya ordeni” Keytə 8 illik ailə həyatına və monarxiyaya xidmətlərinə görə verilib.
Dilber Ay vəfat etdi
Türkiyənin məşhur müğənnisi Dilber Ay vəfat edib. Müğənninin halı anidən pisləşib. Təcili yardımla xəstəxanaya gətirilən ifaçının həyatını xilas etmək mümkün olmayıb.
Paşinyan Medvedyevi evində qəbul etdi - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedyevi evində qəbul edib. Paşinyan Medvedyevi qəbul etdiyi üçün məmnunluğunu bildirib.
Bakıda törədilən dəhşətli terror aktından 10 il ötür - FOTO
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli terror aktından 10 il ötür. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasına silahlı hücum olub. Hadisə nəticəsində 12 nəfər qətlə yetirilib. Teraktı törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının olay yerində apardığı araşdırmadan sonra cinayətkarın 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu məlum olub.
Bu depressiya müalicə edilməsə... – Psixiatrdan XƏBƏRDARLIQ
Manyakal depressiya bütün dünyada hər 50 adamdan birində (yəni 2%) görülə bilən, yəni sıx rastlanan bir pozuntudur. Manyakal depressiya çox insanlarda eyni cür əlamətlərlə özünü göstərsə də, bəzən bir qrup insanda çox fərqli şəkildə, fərqli əlamətlərlə izlənə bilir. Bunu psixiatr, uzman həkim Azər Bağırov bildirib.
Qazlı suyun orqanizmə ziyanları
Gündəlik qida rasionuna daxil olan qazlı suların orqanizmə vurduğu zərərdən çoxları xəbərdar deyil. Mütəxəssislərin qənaətinə görə, gündə 1 şüşə qazlı su içmək xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə səbəb olur. Ona görə də həkimlər valideynlərə uşaqların şirin, qazlı sulardan istifadə etməsini minimuma endirməyi məsləhət görürlər.
Qısqanclığın son həddi: Keçmiş arvadını güdmək üçün tunel qazdı
Meksikanın Sonora əyalətində qəribə hadisə baş verib. 50 yaşlı kişi keçmiş həyat yoldaşını güdə bilmək üçün onun evinin altına 50 metrlik tunel qazıb.
Yeni “Sony Xperia 2” smartfonu iki versiyada buraxılacaq
Yeni qabaqcıl “Sony Xperia 2” smartfonu “OLED” və “IPS” matrisası ilə seçilən iki variantda buraxılacaq. Hər iki model 6 düym diaqonallı 21:9 nisbətli “CinemaWide” ekran, 6 giqabayt operativ, 128 giqabayt quraşdırılmış yaddaş, 3200 milliamper/saat tutumlu akkumulyator və 3 kamera (12 meqapikselli 3 modul) ilə təchiz ediləcək.
Xərçəng müayinəsində yeni QAN ANALİZİ - Yaxın illərdə biopsiya olmayacaq
ABŞ alimləri xərçəngin bir çox növlərinin erkən diaqnostikası üçün yeni qan analizi metodu üzərində işləyir və metod artıq siçanlar üzərində sınaqdan keçirilir. Bu analizin effektivliyi son zamanlar onkoloji diaqnostikada qızıl standart olan şiş toxumalarından biopsiyadan 3 dəfə artıqdır.
Piylənmənin yaddaşı niyə pozduğu məlum olub
Alimlər artıq çəkili insanların yaddaşının getdikcə zəifləməsinin səbəbini araşdırıblar. Onların fikrincə piylənmə zamanı, yaxud diabetin inkişafı ilə beyin və qan-damarları arasında baryer zəifləyir, həmçinin iltihabı proseslər kəsin sürətlənir. Bu barədə elm adamları Journal of Neuroscience-də məqalə dərc ediblər.
Əzim Əzimzadənin xatirə muzeyinin açılışı keçirildi
Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) Bakı şəhərindəki xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılış mərasimi keçirildi.
“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib. Qaliblərin mükafatlandırılması mərasimi 30 aprel 2019-cu il tarixində saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil ediləcəkdir.
Ən təhlükəli qidalanma qrafiki
Alimlər sağlamlıq üçün ən təhlükəli qidalanma qrafikini açıqlayıblar. Elm adamlarının fikrincə, gecə saatlarında yemək yeyən şəxslər ertəsi gün səhər yeməyindən imtina edir. Bu da ürək tutmalarının artmasına səbəb olur. Mütəxəssislər hesab edirlər ki, yatmamışdan öncə qəbul edilən qidalar çətin həzm edilir. Bununla yanaşı, yalnış qidalanma hormonal balansı da pozur.
Hamilə qadınlar üçün 10 məsləhət - Bunlara diqqət edin
Hamiləlik zamanı mədə yanğısının əsas səbəbi progesteron hormonudur. Bu hormonun əzələni genişləndirməsi səbəbi ilə mədə qapaqları da genişlənir və turşu tərkibli məhsullar yemək borusuna kimi daxil olur. Həmçinin, uşaqlıq yolunun da böyüməsi səbəbi ilə mədəyə doğru təzyiq artır və qapaqların açılması da asanlaşır. Aparılan elmi araşdırmalar nəticəsində hamilə qadınlarda mədə yanğısını xəfiflədəcək vasitələr məlum olub.














