“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib. Qaliblərin mükafatlandırılması mərasimi 30 aprel 2019-cu il tarixində saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil ediləcəkdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunan "Birpərdəli pyeslər" müsabiqəsinin qalibləri müəyyənləşib.

Qaliblərin mükafatlandırılması mərasimi 30 aprel 2019-cu il tarixində saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil ediləcəkdir.

Komissiyanın 9 üzvü tərəfindən müsabiqəyə təqdim olunan 29 pyesin mövzu, bədii və teatral baxımından dəyərləndirilməsi aparılmış və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlələrə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilmişdir.

"Birpərdəli pyeslər" müsabiqəsinin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə müvafiq olaraq aşağıdakı pyeslər müsabiqənin qalibləri elan edilmişdir:

Firuz Mustafanın "Payız meşəsində vals" pyesi I yer

Cavid Zeynallının "Ölümə gedən" pyesi II yer

Sevinc Nuruqızının "Al çobanyastığı ləçəkləri" pyesi III yer

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin  I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaqdır.

Pyeslərin cari il ərzində xalq teatrları tərəfindən səhnələşdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31