Paşinyan Medvedyevi evində qəbul etdi - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedyevi evində qəbul edib. Paşinyan Medvedyevi qəbul etdiyi üçün məmnunluğunu bildirib.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedyevi evində qəbul edib.

Paşinyan Medvedyevi qəbul etdiyi üçün məmnunluğunu bildirib.

"Ötən il İrəvanda baş verən məlum hadisələrdən sonra sizin Ermənistana birinci səfərinizdir. Hesab edirəm ki, ona görə bu səfəriniz xüsusi önəm daşıyır", - Paşinyan deyib.

O həmçinin qeyd edib ki, öz evində ancaq "qiymətli qonaqları" qəbul edir:

"Hazırda iki ölkə arasındakı münasibətlərdə ən vacib andır. Əminəm ki, bizim münasibətlərimiz yeni səviyyəyə çıxacaq".

Qeyd edək ki, Medvedyev 30 apreldə İrəvanda keçirilən Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31