Rusiya qeyri-xammal ixracının dörddə birini EAƏB ölkələrinə yönəldir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Roman Çekuşov bildirib ki, ölkənin qeyri-xammal və qeyri-enerji ixracının təxminən dörddə biri Avrasiya İqtisadi İttifaqı (EAƏB) ölkələrinin payına düşür.
Yanvar-may aylarının yekunlarına əsasən, Rusiyanın Qazaxıstana analoji ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9% artaraq 6,73 milyard dollara çatıb. Çekuşov bu göstəricilərin tərəfdaş ölkələrlə səmərəli əməkdaşlığın nəticəsi olduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı birləşdirən EAƏB çərçivəsində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti təmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31