Gündəm

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29 Aprel 2019 19:48

"Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"na start verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə olimpiadanın birinci mərhələsi bu gün Bakı Mühəndislik Universitetində keçirilib.

Tanınmış kino mütəxəssislərindən ibarət qrup Gürcüstanda

29 Aprel 2019 19:45

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu il 1 mart tarixində “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncama əsasən Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılmışdır.

“Apple” aşıqlama verdi - Valideyn nəzarəti funksiyasına malik proqramların silinməsinə görə

29 Aprel 2019 19:38

“Apple” şirkəti “App Store” mağazasından valideyn nəzarəti funksiyasına malik bəzi proqramların silinməsi haqqında rəsmi bəyanat yayıb. Şirkətin nümayəndələri bildiriblər ki, bu proqramlar istifadəçilərin məxfiliyini və təhlükəsizliyini təhlükə altına qoyduğuna görə bu addım atılıb.

Gənc biznesmenlərin ən çox etdiyi 55 səhv

29 Aprel 2019 19:36

Şəxsi biznesini qurmaq istəyənlər üçün bu sahədə təcrübəsi olanlar müxtəlif məsləhətlər verə, nəyi necə etmək lazım olduğunu izah edə bilərlər, amma bu baxımdan edilməməsi gərəkənlər də yetərincədir. Beləliklə, bu yazıda gənc biznesmenlərin ən çox etdiyi 60 səhvdən bəhs edəcəyik. 1)  Birinci olaraq MMC qeydiyyatının alınması.

Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək

29 Aprel 2019 19:33

2-3 may tarixlərində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.

“5G” texnologiyasının tətbiqi daha sürətli olacaq

29 Aprel 2019 19:26

“CCS Insight” analitiklərinin proqnozuna görə, “4G” mobil rabitə standartı ilə müqayisədə “5G” texnologiyası daha sürətli tətbiq olunacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ilədək dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötməlidir. Gözləntilərə görə, 2025-ci ildə “5G” qoşulmaların sayı 2,8 milyarda yaxınlaşacaq ki, bu da mobil qoşulmaların ümumi sayının 20%-ni təşkil edəcək.

7 ay reanimasiyada qalan Mehmet Ali Erbilin ilk FOTOsu

29 Aprel 2019 19:23

Evindəki hamamda yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilən və vəziyyəti ağır olan məşhur şoumen Mehmet Ali Erbilin aylar sonra ilk fotosu yayılıb.

İki dəfə boşanan Rahidə ailə sirlərini açdı: “Mən dəhşətəm”

29 Aprel 2019 19:17

Müğənni Rahidə Baxışova şəxsi həyatı ilə bağlı sirlərini bölüşüb. Müğənni iki dəfə ailə qurub, boşandığını deyib. O, boşanma səbəblərini belə açıqlayıb:

Ən faydalı 20 qida məhsulu - SİYAHI

29 Aprel 2019 19:01

Dünya alimləri 1000-dən çox qida məhsulları üzərində elmi araşdırmalar aparıblar. Nəticədə, içlərindən ən faydalı və sağlamlıq baxımından önəmli olan 20 qida məhsullarını seçiblər. Həmin qida məhsullarını təqdim edirik:

Vüqar Rəhimzadə: "Bir kəmər, bir yol" Forumu Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır

29 Aprel 2019 17:12

"Pekində "Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması» mövzusunda keçirilən, 37 dövlət və hökumət başçısının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldıqları 2-ci «Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu bir kəmərin, bir yolun xalqlar, ölkələr arasında dostluğa, əməkdaşlığa verdiyi töhfələrin əhəmiyyətini ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır." Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ilə bağlı bildirib.

Türkiyə səfiri Erkan Özoral “İki sahil” qəzetinin redaksiyasında

29 Aprel 2019 16:38

Aprelin 29-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral “İki sahil” qəzeti redaksiyasında olub. Olaylar.az bildirir ki, qonağı salamlayan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından danışıb. Bildirib ki, bu gün ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədədir.

İncəsənət Muzeyində - “Dünyam”

29 Aprel 2019 15:49

“Dünyam” – Milli İncəsənət Muzeyində növbəti rəsm sərgisi təşkil olunacaq.  Mayın 3-də Milli İncəsənət Muzeyində gənc rəssam Zəhra Quliyevanın “Dünyam” adlı fərdi rəsm sərgisi açılacaq.

Şamaxı tələbələri də mədəniyyət könüllüləri sırasında

29 Aprel 2019 15:40

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilmiş seminarın məqsədi mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, inteqrasiyası, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Buktreyler Festivalının mükafatlandırma mərasimi keçiriləcək

29 Aprel 2019 12:52

IV Buktreyler Festivalının qala gecəsi mayın 1-də keçiriləcək. Bu barədə Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: “Ölkəmizdə dördüncü dəfə keçirilən Buktreyler Festivalının qaliblərinin adları qeyd edilən tarixdə Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi gecədə açıqlanacaq. Mükafatlandırma mərasimi həmişəki kimi ölkəmizin ziyalı və öncül insanların iştirakı ilə reallaşacaq. Hər bir iştirakçıya uğurlar arzulayıram!”