“Apple” aşıqlama verdi - Valideyn nəzarəti funksiyasına malik proqramların silinməsinə görə

“Apple” şirkəti “App Store” mağazasından valideyn nəzarəti funksiyasına malik bəzi proqramların silinməsi haqqında rəsmi bəyanat yayıb. Şirkətin nümayəndələri bildiriblər ki, bu proqramlar istifadəçilərin məxfiliyini və təhlükəsizliyini təhlükə altına qoyduğuna görə bu addım atılıb.

"Apple" şirkəti "App Store" mağazasından valideyn nəzarəti funksiyasına malik bəzi proqramların silinməsi haqqında rəsmi bəyanat yayıb. Şirkətin nümayəndələri bildiriblər ki, bu proqramlar istifadəçilərin məxfiliyini və təhlükəsizliyini təhlükə altına qoyduğuna görə bu addım atılıb.

"Son ildə bizə valideyn nəzarəti funksiyasına malik bu proqramlardan bəzilərinin "Mobile Device Management" (MDM) adlandırılan dərin nüfuzetmə texnologiyasından istifadə etdiyi məlum olub" - "Apple"ın mətbuat xidmətindən bildirilib.

"MDM" texnologiyası qurğuya, həmçinin istifadəçinin yerini, proqramdan istifadə ssenarisi, elektron poçt xidməti, kameradan istifadəni əhatə edən vacib məlumata kənar nəzarət və müdaxilə imkanını təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31