Şamaxı tələbələri də mədəniyyət könüllüləri sırasında

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilmiş seminarın məqsədi mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, inteqrasiyası, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında "Mədəniyyət sahəsində könüllülük fəaliyyəti" mövzusunda seminar keçirilmişdir. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilmiş seminarın məqsədi mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, inteqrasiyası, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova qeyd etdi ki, könüllülük fəaliyyəti tələbələr tərəfindən böyük maraqla qarşılanır. Onlar universitetdə keçirilən festivallar, milli və beynəlxalq bayramlar, sərgilər, müsabiqələr, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlərdə fəal iştirak edirlər.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxışında universitet tələbələrinin və digər fəal gənclərin də gələcəkdə könüllülük fəaliyyətinə qoşulmağa dəvət etdi, Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminliyini nəzərə çatdırdı.

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də, tarixən aparıcı qüvvəyə malik olmuş gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs etdi.

Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə könüllülük fəaliyyətinin əhəmiyyətinə toxundu, mədəniyyət sahəsində çalışan gəncləri bu istiqamətdə də fəal olmağa dəvət etdi.

İnnovativ inkişaf və təbliğat şöbəsinin sektor müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında rolu mövzusunda fikir və mülahizələrini bölüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31