Buktreyler Festivalının mükafatlandırma mərasimi keçiriləcək

IV Buktreyler Festivalının qala gecəsi mayın 1-də keçiriləcək. Bu barədə Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: “Ölkəmizdə dördüncü dəfə keçirilən Buktreyler Festivalının qaliblərinin adları qeyd edilən tarixdə Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi gecədə açıqlanacaq. Mükafatlandırma mərasimi həmişəki kimi ölkəmizin ziyalı və öncül insanların iştirakı ilə reallaşacaq. Hər bir iştirakçıya uğurlar arzulayıram!”

IV Buktreyler Festivalının qala gecəsi mayın 1-də keçiriləcək. Bu barədə Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "Ölkəmizdə dördüncü dəfə keçirilən Buktreyler Festivalının qaliblərinin adları qeyd edilən tarixdə Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi gecədə açıqlanacaq. Mükafatlandırma mərasimi həmişəki kimi ölkəmizin ziyalı və öncül insanların iştirakı ilə reallaşacaq. Hər bir iştirakçıya uğurlar arzulayıram!"

Olaylar.az bildirir ki, qaliblərə birinci, ikinci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hər biri ) və 500 (hər biri) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə isə 1000 AZN pul mükafatları təqdim ediləcək.

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.

Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31