Gündəm

Dünya şöhrətli müğənni Azərbaycan yeməklərinə heyran qaldı

29 Aprel 2019 11:04

“Ölü kimi yatmaq... Bakı, izdiham məni yordu. Bakı, Azərbaycan, məni “Formula 1” tədbirinə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Gözəl ölkə, gözəl insanlar və dadlı yeməklər...” Bu sözləri dünən Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edən dünya şöhrətli ifaçı Kardi Bi instaqramda yazıb.

Ventilyatorlu rekord sürətli oyun smartfonu təqdim olunub

29 Aprel 2019 10:48

“Nubia” şirkəti “Snapdragon 855” prosessoru ilə işləyən və ventilyatorla soyudulan yeni “Red Magic 3” oyun smartfonunu təqdim edib. Daxilində mərkəzdənqaçma tipli ventilyatorun quraşdırıldığı qurğu dünyada aktiv soyutma sisteminə malik ilk smartfon hesab edilir. Hava smartfonun yan toru vasitəsilə toplanır və korpus arxasında yerləşən dəliklə buraxılır.

“O qədər harınlamışıq ki, insanı özünə qəsdə çatdırırıq” - Səidə Sultan

29 Aprel 2019 10:44

Müğənni Səidə Sultan yenidən məşhurların efirlərdə biabır edilməsi məsələsinə toxunub. O, bu barədə İnstaqramda yazıb:

Bakıdan gedib, Nusretin qonağı oldu

29 Aprel 2019 10:34

Bütün dünyada məşhurlaşan biznesmen Nusretin restoranının qonağı bu dəfə türkiyəli professor İlber Ortaylı olub. O, Ortaylı ilə olan fotosunu İnstaqramda paylaşıb.

İran ABŞ-ı iqtisadi terrorizmdə ittiham etdi

29 Aprel 2019 10:31

ABŞ iqtisadi terrorizmlə məşğuldur. Bu haqda İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif tvitter hesabında yazıb.

40-dan çox aviareys təxirə salındı

29 Aprel 2019 10:30

Rusiya paytaxtı Moskvada 40-dan çox aviareys təxirə salınıb və ləğv edilib. Bu haqda ölkə mediası yazıb.

“Formula 1” iştirakçıları üçün Bakı bulvarında dron və robot nümayişi

29 Aprel 2019 10:25

2019 “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Dənizkənarı Milli Parkda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon fəaliyyət göstərir.

İspaniyada parlament seçkilərində sosialistlər qalib gəlir

29 Aprel 2019 10:22

İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində Sosializm İşçi Partiyası seçki bülletenlərinin 60 faizinin sayılmasından sonra qalib gəlir. Sosialistlər 30 faizə yaxın səs toplayıblar.

Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı

29 Aprel 2019 10:21

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Türkiyənin Bodrum şəhərində mühafizə altında dincəlir. Bu haqda yerli polisə istinadən “Strana.ua” nəşri bildirib.

ABŞ-dan 8 ölkəyə qarşı KRİTİK ADDIM: Azərbaycanın qonşuları təhlükə altında - FOTO

29 Aprel 2019 10:20

​​​​​​​ABŞ 8 ölkənin İran ilə ticarət əlaqələrini tamamilə kəsmək istəyir. İrandan digər ölkələrlə müqayisədə daha ucuz neft və təbii qaz alan Türkiyə buna görə rəsmi Vaşinqtonun ağırlaşdırılmış sanksiya təhdidləri ilə üz-üzə qalıb.

“Facebook”da sorğuların aparılması üçün əlavələrin işi məhdudlaşdırılacaq

29 Aprel 2019 10:18

"Facebook" administrasiyası sosial şəbəkədə istifadəçinin şəxsi məlumatlarının alınması üçün nəzərdə tutulan əlavələrin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinə başlayıb. Bu barədə CNN telekanalı məlumat verib. Məlumata görə, bu düzəliş "Facebook" ilə əməkdaşlıq edən proqram təminatı tərtibatçıları üçün qaydalara edilib. Yeni normalara görə, qeyd olunan əlavələrin sosial şəbəkədə fəaliyyət göstərməsi qadağan ola bilər.

Şri-Lankanın şərqində komendant saatı ləğv edildi

29 Aprel 2019 10:16

Şri-Lankanın hakimiyyət orqanları üç yeni partlayışdan sonra Kalmunay şəhərində və onun ətraf ərazilərində tətbiq edilmiş komendant saatını ləğv edilib. Polis nümayəndəsinin sözlərinə görə, komendant saatı aprelin 29-də səhər saat 8 radələrində dayandırılıb.

Səyyar ASAN xidmət davam edir

29 Aprel 2019 10:15

Səyyar ASAN xidmət 4 may Qazaxda, 21 may Kürdəmir, Xırdalan və Beyləqanda, 1 – 25 may Şabran, Lənkəran, Ağdaş, Xaçmazda, 1 – 30 may Yevlax və Zaqatalada vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Uşaq otağına 100 min xərclədilər

29 Aprel 2019 10:10

Yaxın günlərdə valideyn olmağa hazırlaşan Almeda Abazi və Tolqahan Sayışman cütlüyü oğulları ilə rahat həyat yaşamaq üçün 4,5 milyon lirəyə Çəkməköyn adlı ərazidə villa almışdı.

Rusiya və Çinə qarşı HÜCUM: Kraliça elan edəcək

29 Aprel 2019 10:08

Böyük Britaniya Rusiya və Çinə qarşı yeni məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Bu haqda “The Sunday Times” qəzeti bildirib. Məlumata görə, nazirlər Lordlar Palatasının iş qaydalarına dəyişikliklər etmək niyyətindədir. Güman edilir ki, parlament üzvləri Rusiya və Çinlə bağlı öz aktivləri haqqında hesabat verməli olacaqlar.