Azərbaycanlı gənclər “Yer ümumi evimizdir” adlı beynəlxalq festival-müsabiqədə

Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer ümumi evimizdir” adlı XVII Beynəlxalq Uşaq və Gənclərin Musiqi Yaradıcılığı Festivalı keçirilmişdir. Olaylar.az bildirir ki, builki festivala dünyanın 10 ölkəsindən (Azərbaycan, Rusiya, Çexiya, Tunis, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Çin, Hindistan) 28 musiqi kollektivi qatılmışdır. Ölkəmizi tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Alov” folklor ansamblı təmsil etmişdir. Festival çərçivəsində - xoreoqrafiya, xor ifaçılığı, instrumental musiqi və folklor sənəti nominasiyaları üzrə müsabiqə keçirilmişdir.

Rusiya Federasiyasının Yekaterinburq şəhərində "Yer ümumi evimizdir" adlı XVII Beynəlxalq Uşaq və Gənclərin Musiqi Yaradıcılığı Festivalı keçirilmişdir.

Olaylar.az bildirir ki, builki festivala dünyanın 10 ölkəsindən (Azərbaycan, Rusiya, Çexiya, Tunis, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Çin, Hindistan) 28 musiqi kollektivi qatılmışdır. Ölkəmizi tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin "Alov" folklor ansamblı təmsil etmişdir. Festival çərçivəsində - xoreoqrafiya, xor ifaçılığı, instrumental musiqi və folklor sənəti nominasiyaları üzrə müsabiqə keçirilmişdir.

Müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən "Alov" folklor ansamblı folklor sənəti nominasiyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə birinci yerə layiq görülmüş və kollektivə diplom və kubok təqdim edilmişdir. Təşkilat Komitəsinin dəvəti ilə nazirliyin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov münsiflər heyətinin üzvü kimi kollektivlərin qiymətləndirilməsində iştirak etmişdir.

Festival günlərində musiqi kollektivləri Sverdlovsk vilayətinin müxtəlif şəhərlərinə səfər edərək dostluq konsertlərində iştirak etmişlər. "Alov" folklor ansamblı Sısert şəhərinin Mədəniyyət evində Rusiya, Çexiya və Çinin musiqi kollektivləri ilə birlikdə səhnəni bölüşərək milli musiqi və rəqslərimizi nümayiş etdirmişlər.

Festival Yekaterinburqun "Estrada Teatrında" qaliblərin mükafatlandırılması və Qala konserti ilə başa çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31