“Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar keçirilib
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən təşkil olunan “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını Mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb.
30 Aprel 2019 15:24 MədəniyyətMuzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən təşkil olunan "Xilas edilmiş mədəni sərvətlər" adlı sərgi-seminar regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını Mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb.
Olaylar.az bildirir ki, tədbirə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunub. Tədbir müddətində bu rayonların muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən fotosərgi keçirilib, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.