Gündəm
İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib
Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Ramiz Mirişlinin əsərləri səslənəcək - Filarmoniyada
Mayın 4-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
“Real həyat -real incəsənət” adlı rəsm müsabiqəsi elan olunub
Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində növbəti müsabiqə - “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi elan olunub.
Afaq Bəşirqızı pərəstişkarları ilə görüşəcək - Akademik Musiqili Teatrda
Milyonların sevimli gülüş ustası, “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızı tamaşaçıların xahişi ilə 5 və 25 may tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bankir adaxlı” (E.Sabitoğlu və T.Vəliyeva) və “Toya bir gün qalmış” (Ə.Səmədli) iki hissəli komediyaları ilə çoxsaylı pərəstişkarlarının görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Nyu Meksika ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib
ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az -a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş məlumata əsasən bildirilir ki, bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Rəşad İlyasovla Rüfət Axundova 6 ay cəza istənildi - Xüsusi ittiham
"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. Bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Rəşad İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.
Pekinin Bakıya marağı erməniləri niyə qəzəbləndirdi?
Prezident İlham Əliyevin 25-27 aprel tarixində Pekində keçirilən “Bir kəmər, bir yol” Forumunda iştirakı, imzalanan müqavilələr və bu qlobal layihədə Azərbaycanın əsas iştirakçılardan biri olmasından narahat olan iki cəbhə var: birinci, Azərbaycanda iqtidara müxalifət adı altında fəaliyyət göstərənlər; ikinci, işğalçı Ermənistan. Birincilər, Azərbaycan liderinin Çin səfərinin əhəmiyyətini azaltmağa və bunu “Çin Azərbaycanda pomidor yetişdirəcək” kimi göstərməyə cəhd etdilər.
Vasif Talıbovun oğluna vəzifə verildi - FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbova vəzidə verilib. Seymur Talıbov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində III akademik forum keçirilir
Mayın 1-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması” mövzusunda III akademik forum keçirilir.
"Sərhədlərin fövqündə" sənədli filmi təqdim edildi
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilmiş ucqar kənddə çalışan gəncdən bəhs edən "Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib.
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
Mayın 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Florensiya Beynəlxalq Əl İşləri Sərgisi davam edir
İtaliyanın Florensiya şəhərində keçirilən 83-cü Beynəlxalq Əl İşləri Sərgisində Azərbaycanın nümayəndə heyəti təmsil olunur. Festivalda "Azərbaycan Xalq Yaradıcılığının 2018-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı"na müvafiq olaraq ölkəmizin mədəni sənaye məhsullarının stendi təşkil edilmişdir.
Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcək
Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir təşkil olunacaq. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.
“Culture Guide” mədəniyyət bələdçisinin növbəti sayı çapdan çıxıb
May ayı ölkəmizin mədəni həyatında çoxsaylı tədbirlər, müxtəlif incəsənət layihələri, eyni zamanda bir sıra tarixi günlər, həm əlamətdar, həm də nisgil ilə yada salınan ildönümləri ilə zəngindir. Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir. Aprel ayından nəşrə başlayan “Culture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqu da bu məramla yaradılıb. “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən kataloqun may ayı buraxılışı çapdan çıxıb.
Akademik Tofiq Hacıyevə həsr edilmiş tədbir- “Qürubu olmayan günəş”
Bakı Slavyan Universitetində (BSU) Türkologiya kafedrasının təşkilatçılığı ilə görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İştirakçılar tədbirin başlanğıcında akademikin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.














