Akademik Tofiq Hacıyevə həsr edilmiş tədbir- “Qürubu olmayan günəş”
Bakı Slavyan Universitetində (BSU) Türkologiya kafedrasının təşkilatçılığı ilə görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İştirakçılar tədbirin başlanğıcında akademikin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
1 May 2019 14:27 SosialBakı Slavyan Universitetində (BSU) Türkologiya kafedrasının təşkilatçılığı ilə görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İştirakçılar tədbirin başlanğıcında akademikin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev "Akademik Tofiq Hacıyevin həyatı, elmi və pedaqoji fəaliyyəti" adlı geniş məruzə ilə çıxış edib. O, Tofiq Hacıyevin Azərbaycanda dilçilik elminin və türkologiyanın inkişafında mühüm rolu olduğunu bildirib.
Tədbirdə çıxış edən Türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov akademik Tofiq Hacıyevin elmi fəaliyyətinin bütün türk dünyasında dilçilik elminin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Akademik Tofiq Hacıyevin tələbəsi, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva çıxışında alimin çoxşaxəli yaradıcılığından, səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Qızılgül Abdullayeva Tofiq Hacıyevin dilçilik elmi sahəsində elmi məktəb yaratdığını və həmin məktəbin bu gün dilçilik elmimizin ən ciddi problemlərinin həlli ilə məşğul olduğunu diqqətə çatdırıb.