Slovakiya "Könüllülər koalisiyası"na qoşulması ilə bağlı iddiaları təkzib edib- ÖZƏL
14:08 DünyaSlovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar ölkəsinin Ukraynaya dəstək məqsədilə yaradılmış "Könüllülər koalisiyası"na qoşulduğu barədə yayılan məlumatları təkzib edib. Olaylar.az xəbər verir ki, nazir bildirib ki, Slovakiyanın Fransadakı səfiri iyul ayında koalisiyanın Parisdə keçirilən görüşündə yalnız müşahidəçi qismində iştirak edib. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Fransanın Bratislavadakı səfirliyindən yayılan məlumatlara aydınlıq gətirilməsini istəyib.
Qeyd edək ki, "Könüllülər koalisiyası" Ukraynaya hərbi və maddi-texniki dəstək göstərən 30-dan çox ölkənin daxil olduğu qeyri-rəsmi təşəbbüsdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31