“Culture Guide” mədəniyyət bələdçisinin növbəti sayı çapdan çıxıb

May ayı ölkəmizin mədəni həyatında çoxsaylı tədbirlər, müxtəlif incəsənət layihələri, eyni zamanda bir sıra tarixi günlər, həm əlamətdar, həm də nisgil ilə yada salınan ildönümləri ilə zəngindir. Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir. Aprel ayından nəşrə başlayan “Culture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqu da bu məramla yaradılıb. “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən kataloqun may ayı buraxılışı çapdan çıxıb.

May ayı ölkəmizin mədəni həyatında çoxsaylı tədbirlər, müxtəlif incəsənət layihələri, eyni zamanda bir sıra tarixi günlər, həm əlamətdar, həm də nisgil ilə yada salınan ildönümləri ilə zəngindir. Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir. Aprel ayından nəşrə başlayan "Culture Guide" ("Mədəniyyət bələdçisi") kataloqu da bu məramla yaradılıb. "Baku Guide" MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən kataloqun may ayı buraxılışı çapdan çıxıb.

Nəşr Azərbaycan haqqında, ölkəmizin keçmişi və müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. 

Bu ay ölkəmizin həyatında mədəniyyət, eləcə də beynəlxalq maraq baxımından ən böyük tədbir 2-3 may tarixində Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumudur. Nəşrdə dünyanın 100-dən çox ölkəsinin, 30-dək beynəlxalq təşkilatın təmsil olunduğu "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" mövzulu forum haqqında ətraflı məlumat verilir.

May ayı təqvimdə həm də Azərbaycanın dilbər guşələrinin - Şuşanın, Laçının Ermənistan tərəfindən işğal olunduğu günlərlə xatırlanır. "Qarabağ -Azərbaycanın mədəniyyət beşiyi" adlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi və sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

18 may Beynəlxalq Muzeylər Günüdür. UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunan bu gün hər il ölkəmizdə də qeyd olunur. Bu mövzuya dair yazıda Azərbaycanda muzeylərin təşəkkül tarixindən və  müasir inkişafından bəhs edilir. Kataloqun bir bölümü həmçinin Bakı şəhərində fəaliyyət göstərən muzeylərə həsr olunub.

"Culture Guide"ın oxucularına Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə keçirilən "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalının davam etməsi barədə də məlumat verilir, festivalın may ayında hansı rayon və şəhərlərdə gerçəkləşəcəyi diqqətə çatdırılır.

Nəşrdə Bakının tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan qoruğundan da söz açılır. Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında və ilk səhifəsində verilən Xalq rəssamı Toğrul Nərimanbəyovun məşhur əsərlərinin reproduksiyaları isə həm də təsviri sənətimizin bir təqdimatıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31