Poroşenko beynəlxalq tribunala cəlb edilsin - ŞOK ÇAĞIRIŞ

“Almaniya üçün Alternativ” partiyasından deputat Qunnar Lindemann Ukrayna prezidenti Petro Poroşenkonu beynəlxalq tribunala cəlb etməyə çağırıb. O, bu haqda Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

"Almaniya üçün Alternativ" partiyasından deputat Qunnar Lindemann Ukrayna prezidenti Petro Poroşenkonu beynəlxalq tribunala cəlb etməyə çağırıb.

O, bu haqda Rusiyanın "Komsomolskaya Pravda" nəşrinə müsahibəsində bildirib.

"Tribunala cəlb etmək üçün Poroşenkonun hərbi cinayətlərinin birbaşa sübutlarını yığmaq lazımdır. Doğrusu, artıq uzun vaxtdır ki, LXR və DXR-in (Ukraynanın şərqində yaradılan separatçı qurumlar - red.) ədliyyə orqanları bununla məşğul olurlar", - parlament üzvü deyib.

Lindemann ümid etdiyini ifadə edib ki, yeni prezident Vladimir Zelenskinin inaqurasiyasından sonra dünya cəmiyyəti əvvəlki beş il ərzində Donbasda hərbi cinayətlərin araşdırılmasına böyük diqqət ayıracaq. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31