İsveçdə Füzuli qəzəllərinin dil və mətni araşdırılıb
İsveç Krallığının Uppsala şəhərində Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının təşkilatçılığı ilə 4-cü Beynəlxalq Elmi Araşdırmalar Konqresi keçirilib.
30 Aprel 2019 10:39 Mədəniyyətİsveç Krallığının Uppsala şəhərində Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının təşkilatçılığı ilə 4-cü Beynəlxalq Elmi Araşdırmalar Konqresi keçirilib.
Olaylar.az bildirir ki, müəssisənin Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova konqresdə elmi və məsləhət komitəsinin üzvü kimi iştirak edib. O, "Füzuli qəzəllərinin dil və mətninin şair və oxucu aspektindən araşdırılması" mövzusunda məruzə ilə çıxış edib.
Elmi tədqiqatların müxtəlif sahələrindəki problemlər və yeniliklərin ciddi elmi platformada müzakirə edildiyi tədbirdə Aynurə Mahmudovanın məruzəsi maraqla dinlənilib.