Siyasət

Bayraq və gerbi təhqir edənlər cəzalanacaqlar

11 Dekabr 2018 18:50

Dövlət Gerbinin oturulan, ayaq basılan yerlərdə təsvir edilməsi qadağan olunur. “Olaylar”ın məlumatına görə, bu barədə yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində əks olunub.

İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb

11 Dekabr 2018 18:32

Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

QMİ-də Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

11 Dekabr 2018 18:06

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib.”Olaylar” xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein

Qan yaddaşımız – 21 Azər hərəkatı

11 Dekabr 2018 17:58

“1945-ci il dekabrın 12-də , günəş təqvimi ilə 1324-cü ilin azər ayının 21-də Vətənimizin Güneyində Azərbaycan Milli Hökuməti quruldu. Bu olay Pəhləvilər dönəmində ağır basqılar altında kimlik mücadiləsi verən Azərbaycan türklərinin dövlətçilik tarixində olduqca önəmli hadisə kimi dəyərləndirilir. Bəs 21 Azər haqda, ömrü bir ili aşmayan Milli hökumətimiz haqda toplum nə qədər məlumatlıdır?

Ümumilli liderin anım günü qeyd olunub

11 Dekabr 2018 17:26

Azərbaycan Dövlət İqtisad Universitetində Ümumilli lider, Dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, UNEC rektoru, professor Ədalət Muradov və digər rəhbər şəxslər UNEC-də Heydər Əliyevin büstü önünə ehtiramla gül dəstəsi qoydular. Tədbirdən öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Allahşükür Paşazadə: “Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs islami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”

11 Dekabr 2018 16:46

Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan ulu öndər Heydər Əliyevin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib. A.Paşazadə bildirib ki, Heydər Əliyev ümummilli lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi.Şeyxülislam əlavə edib ki, ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı:

Mübariz Qurbanlı: “Ulu öndər Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib”

11 Dekabr 2018 16:38

Ulu öndər Heydər Əliyevin qoyduğu irs, həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın durumu çox çətin, acınacaqlı olardı

11 Dekabr 2018 16:36

Cahangir Hüseynov: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tez bir zamanda dövlətçilik bərpa edildi” “Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində qısa müddətdə Azərbaycan inkişaf etdi, dünya birliyinin bir üzvünə çevrildi”