“2018-ci ildə də Azərbaycan inamla inkişaf etdi”

“Güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amillərdən biri oldu. Ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

"Güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amillərdən biri oldu. Ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır". Bu fikirləri  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Onun sözlərinə görə, dünya üçün çətin keçən illərdə də respublikamızın iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib.

Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olan olduğunu deyən komitə sədri söyləyib ki, Xəzərin neft-qaz ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində respublikamıza böyük həcmlərdə valyuta gəlir.

R.Əliyev qeyd edib ki, 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft iqtisadiyyatında qeyd alınıb: "Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il respublikamızda qeyri-neft sənayesində 9 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir".

Deputat vurğulayıb ki, Azərbaycan ölkə iqtisadiyyatının birqütüblü olmasını və neft amilindən asılı qalmasını heç vaxt qəbul etməyib: "Əksinə, respublikamız qazandığı neft gəlirlərini çox qütblü iqtisadiyyat quruculuğuna yönəltməyə üstünlük verib. Azərbaycanda neftdən kənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir ".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31