“Bu il beynəlxalq strukturlar bu problemləri həll etməyə çalışacaq”

“Geosiyasi vəziyyət 2019-cu ildə gərgin olaraq qalacaq. Çünki münaqişə ocaqları çoxdur”. Bu fikri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

"Geosiyasi vəziyyət 2019-cu ildə gərgin olaraq qalacaq. Çünki münaqişə ocaqları çoxdur".

Bu fikri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Yaxın Şərq, Ukrayna və postsovet məkanında bir sıra münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi problem olaraq qalmaqdadır: "Hər halda bu il müəyyən dairələr, beynəlxalq strukturlar bunu həll etməyə çalışacaq. Düzdür, bu proses bir çox hallarda öz strateji maraqlarına cavab verən formatda gerçəkləşəcək. Ona görə də Azərbaycan belə bir kontekstdə Dağlıq Qarabağ münaqişəsini öz strateji və milli maraqlarına uyğun şəkildə həll etməyə çalışacaq. Azərbaycan tərəfi həm diplomatik, həm də digər vasitələrdən istifadə etməlidir və edəcək. Düşünürəm ki, 2019-cu ildə bu sahədə biz tərəfdən daha ciddi səylər göstərilməli, hücumedici diplomatik addımlar atılmalıdır".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31