Siyasət

“Ermənistanda ədalətli, demokratik seçkilər keçirmək qeyri-mümkündür"

11 Dekabr 2018 15:49

“Ermənistanda seçkilər həmişə saxta keçirilib. Yəni işğalçı ölkə müstəqillik əldə etdikdən sonra da orada azad, ədalətli və demokratik seçkilər keçirilməyib. Təəssüflər olsun ki, buna baxmayaraq bəzi Avropa strukturları gah susurlar, gah da orada keçirilən ədalətsiz seçkiləri ədalətli seçkilər kimi qiymətləndirirlər”. Bunu Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib.

Ulu Öndərin sayəsində bu günün Azərbaycanı dünya miqyasında layiqli mövqeyini tutub

11 Dekabr 2018 15:41

“Siyasi mövqeyindən asılı olmayaraq, ölkədə bütün mətbuat orqanlarına dövlətin münasibəti, diqqət və qayğısı eynidir”

“Heydər Əliyev olmasaydı, müasir Azərbaycan olmazdı”

11 Dekabr 2018 15:34

“Heydər Əliyev olmasaydı, müasir Azərbaycan olmazdı. Nə Bakıda və respublikada, nə də ölkənin xaricində bu həqiqəti dana biləcək şəxs yoxdur. Bütün türk dünyasının ən hörmətli siyasətçilərindən olan, Azərbaycan xalqının ümummilli liderinin rolu və əhəmiyyəti çox böyükdür, Onun həyat yolu, idarəetmə fəlsəfəsi, bacarıq və təsir səviyyəsi şəxsiyyət araşdırmaçıları və tarixçilər tərəfindən çox uzun müddət öyrəniləcək”. Bu fikirləri Olaylar.az –a ulu öndər Heydər Əliyevin vəfatının 15 –ci ildönümündə Sumqayıt Dini Yəhudi Cəmiyyətinin təsisçisi Nəsimi Əbilov bildirib.

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi

11 Dekabr 2018 15:16

İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Komitə sədrləri Türkiyəyə səfər edəcəklər

11 Dekabr 2018 15:09

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Deputatlarımız Hindistana səfər edəcəklər

11 Dekabr 2018 15:03

Dekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edəcəklər.

Azərbaycanın memarı və qurucusu

11 Dekabr 2018 15:00

Bu birmənalıdır ki, istənilən bir ölkəni, dövləti ağır durumdan, onu məhv olmaq təhlükəsindən hər zaman dahi şəxsiyyətlər, siyasi xadimlər xilas edir. Azərbaycanın da bu mənada bəxti gətirib desək yanılmarıq. XX əsrin 90-cı illərində yenicə müstəqillik əldə etmiş Azərbaycanı da həmin ərəfədə məhv olmaq, parçalanmaqdan Azərbaycanın dahi şəxsiyyəti, zəngin siyasi təcrübəsi olan Heydər Əliyev xilas etdi.

Ermənistanda yeni diktatura dövrü başlayır

11 Dekabr 2018 14:50

"Paşinyanın nə qədər Qərbə doğru yönələcəyinə dair fikirlər səsləndirilsə də , Rusiya ilə münasibətlər normalaşdırılmağa və ölkə daxilindəki anti-Rusiya mühitinin formalaşmasının qarşı alınmağa çalışılacaq.

Millət və dövlət məhvə doğru gedəndə yaradıcı tərəfindən göndərilən liderlər

11 Dekabr 2018 14:41

Tarix boyu millətimiz məhv olmağa doğru gedərkən,yaradıcı bizlərə liderlər göndərib. Müasir dövrümüzdə bir çoxları millilikdən, milliyətçilikdən bəhs etsə də onların bu ifadələri sadəcə sözdən və sadəcə kindən, fitnədən, xainlikdən ibarətdir. Amma Ümummilli Lider Heydər Əliyev milliliyimizi sözdə yox, daim əməldə göstərərək, gerçək milliliyin nəyə xidmət etdiyini həyatı boyunca dünya insanlığına ədalətli işlərdə göstərdi.