“2019-cu il dünyada mövcud olan problemlərlə birgə girib”

“2019-cu il dünyada mövcud olan problemlərlə birgə girib. Bu problemlər sırasında dünyanın diqqət mərkəzində olan Suriya məsələsi, İsrail-İran qarşıdurması, ABŞ-Rusiya münasibətləri və Ukraynadır. Hesab edirəm ki, cari ildə bu problemlər qalmaqda davam edəcək. Bundan başqa, qeyd etdiyim münaqişələrdə geosiyasi və milli maraqları üst-üstə düşməyən dövlətlər arasında bir sıra problemlər də meydana çıxacaq”.

"2019-cu il dünyada mövcud olan problemlərlə birgə girib. Bu problemlər sırasında dünyanın diqqət mərkəzində olan Suriya məsələsi, İsrail-İran qarşıdurması, ABŞ-Rusiya münasibətləri və Ukraynadır. Hesab edirəm ki, cari ildə bu problemlər qalmaqda davam edəcək. Bundan başqa, qeyd etdiyim münaqişələrdə geosiyasi və milli maraqları üst-üstə düşməyən dövlətlər arasında bir sıra problemlər də meydana çıxacaq".

Bu fikirləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov dünyada və Azərbaycanda baş verən siyasi proseslərin 2019-cu ildə hansı şəkildə davam edəcəyini şərh edərkən deyib.

O bildirib ki, digər məsələlərdən biri Avropa İttifaqı ilə bağlıdır: "2018-ci il Aİ üçün heç də asan keçmədi. "Brexit", miqrant problemləri, İttifaqın aparıcı dövlətləri olan Fransa və Almaniyada liderlərin kreslolarının titrəməsi, Aİ-ABŞ arasında gərgin danışıqlar. Bütün bunlar onu deməyə əsas verir ki, 2019-cu ilə Aİ qlobal çağırışlar fonunda girib və bir sıra suallara cavab tapmaq lazımdır. Təbii ki, bizim üçün önəmli istiqamətlər sırasında İran və Türkiyənin qlobal çağırışlara necə cavab verəcəkləri dayanır. Hər halda İranda milyonlarla soydaşlarımızın yaşaması bu ölkədə güclənən siyasi və iqtisadi təzyiq, İranla bağlı qlobal güclərin mövqeyi 2019-cu ildə vacib məqamlardan olacaq. Türkiyə bu il Suriya, İraqdakı PKK və faktiki olaraq onun qolları olan terrorçu təşkilatları yox etməlidir. İndiki əlverişli məqam ola bilsin ki, uzun illər təkrarlanmayacaq. Güclü Türkiyə güclü Azərbaycandır. Biz 2018-ci il ərzində Ərəb İttifaqı, Qərb və İsrail-Türkiyə münasibətlərində ziddiyyətlərin şahidi olduq. Ancaq bilmək lazımdır ki, Türkiyə zəngin tarixə sahib olan dövlətdir və Ankaranın maraqlarını nəzərə almaq bu subyektlərin regionda maraqlarının reallaşdırmaları üçün vacibdir". Azərbaycanda baş verəcək siyasi proseslərdən danışan politoloq qeyd edib ki, 2018-ci il xarici vektorda beynəlxalq regional təşkilatlarda və ikitərəfli münasibətlərdə möhkəmlənən statusumuz bu ildə davam edəcək.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31