"Azərbaycanda sabitliyin əsas mənbəyi xalq-iqtidar birliyidir"

"Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirdi ki, Azərbaycanda sabitliyin əsas səbəbi və mənbəyi xalq-iqtidar birliyidir. Azərbaycanda görülən işlərin, əldə edilən nailiyyətlərin hamısının yeganə təməli ölkədə ictimai-siyasi sabitliyin və bu sabitliyin başında duran ölkə başçısı cənab Prezident İlham Əliyevdir. Təbii ki, bütün bunları da həyata keçirmək üçün ən böyük mənbə xalq-iqtidar birliyidir. Məhz həmin o vəhdətin nəticəsində bu işlər görülür".

Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, Azərbaycanın uğurları, inkişafı üçün dövlət başçısı bütün mümkün vasitələrdən istifadə edir: "Ölkə başçısı istər ölkə daxilindəki iqtisadi potensialımızın gücləndirilməsi ilə bağlı, istərsə də təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə tutulması ilə bağlı, eləcə də digər sahələrdə dayanıqlı inkişafın təmini üçün, hümanitar sahədə uğurların əldə edilməsi üçün əlindən gələni edir.

Bu gün Azərbaycan bütün meqalayihələrdə uğurla iştirak edir. Eləcə də son 15 ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatının Nazirlər Şurasının toplantısının ölkəmizdə keçirilməsi, gələn il isə Qoşulmama Hərəkatına üzv olan ölkə başçılarının Azərbaycanda toplanması və sədrliyin ölkəmizə keçməsi bizim ən böyük uğurlarımızdan biridir. Dünyanın 120-dən artıq ölkəsi həmin o Qoşulmama Hərəkatına üzvdür. Bu gün bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bununla bağlı cənab Prezidentimiz real nəticələrə nail olmaq üçün artıq səylərini artırmaqdadır. Düşünürük ki, Ermənistanda baş verən bu son hadisələrdən sonra bu real nəticələrə daha da yaxınlaşacayıq. Çünki erməni xalqı artıq Ermənistandakı xunta rejiminə yox deyir".
SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31