"Rusiya istəyir ki, Ermənistan əvvəlki kimi onun vassalı olsun"
4 Yanvar 2019 12:54 Siyasət"Ümumiyyətlə Ermənistanın baş naziri Nikol Paşinyan ümid edir ki, Qərbə yaxınlaşsa və Rusiya ilə məsafə saxlasa rəsmi Moskva ona heç nə deməyəcək. Bununla da əvvəlki münasibətlər olduğu kimi saxlanılacaq. Amma bu heç də belə deyil". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Rusiya istəyir ki, Ermənistan keçmiş illərdə olduğu kimi daim onun vassalı olsun: "Təsadüfi deyil ki, Paşinyanın səfərindən dərhal sonra da Rusiya Ermənistana satdığı qazın 10 dəfə bahalaşdığını açıqladı. Bu o deməkdir ki, Rusiyanın Ermənistanın indiki baş naziri siyasətindən narazılığı var. Narazılıq da ondan ibarətdir ki, Rusiya hakimiyyəti istəyir ki, Ermənistanda kim prezident və ya baş nazir olursa-olsun rəsmi Moskvadan asılı olsun. Bütün bunlar Ermənistanın baş nazirinin ciddi fiqur kimi qəbul edilməməsini göstərməklə yanaşı, həm də ümumilikdə regionda və dünyada Ermənistana olan neqativ münasibətin təzahürüdür. Paşinyan balanslaşdırılmış xarici siyasətə üstünlük vermək istəmir və Qərbədə yaxınlaşmaq istəyəndə bu Rusiyanın narazılığına səbəb olur".
SİA