Ölkəmiz dünyanın önəmli nəqliyyat mərkəzinə çevrilir

İlham Əliyev: “Azərbaycan xalqı onilliklər ərzində “Cənub Qaz Dəhlizi” layihəsinin faydasını görəcək” 2018-ci il nailiyyətləri, əlamətdar hadisələri, uğurları ilə ölkəmizin tarixinə qovuşdu. Dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycan 2018-ci ili əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində başa vurdu. Təbii ki, bu sabitliyin, uğurlu inkişafın təməlində Prezident cənab İlham Əliyevin apardığı dərin təhlillələrə əsaslanan iqtisadi və xarici siyasəti dayanır. Prezident İlham Əliyev Dünya

İlham Əliyev: "Azərbaycan xalqı onilliklər ərzində "Cənub Qaz Dəhlizi" layihəsinin faydasını görəcək"

2018-ci il nailiyyətləri, əlamətdar hadisələri, uğurları ilə ölkəmizin tarixinə qovuşdu. Dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycan 2018-ci ili əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində başa vurdu. Təbii ki, bu sabitliyin, uğurlu inkişafın təməlində Prezident cənab İlham Əliyevin apardığı dərin təhlillələrə əsaslanan iqtisadi və xarici siyasəti dayanır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq bildirdi ki, güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini gücləndirən amildir. Dövlət başçısı bildirib ki, bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub: "May ayında biz bu möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir. Eyni zamanda, bu ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək. Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək". Sözün həqiqi mənasında Prezident İlham Əliyeevin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib. Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, xüsusi ilə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri ölkə tarixində demokratik və azad seçki prinsipi kimi yadda qaldı: "Möhtəşəm qələbə, xalq tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevə göstərilən yüksək etimad dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirilən kursun dəstəklənməsinin əyani təsdiqi oldu.Məhz 2018-ci ildə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Ölkə Başçısının xarici ölkələrə səfərləri, beynəlxalq toplantılarda etdiyi çıxışlar müstəqil Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirdi. Xarici ölkələrə səfərlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət etdi. 2018-ci ildə istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer Zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, "Azerspace-2" telekommunikasiya peykinin orbitə çıxrılması kimi layihələr Azərbaycana böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaratdı. Ən əsası siyasi və iqtisadi islahatların yüksək səviyyədə aparılması ölkənin davamlı uğurlarına, nailiyyətlərinə səbəb oldu. Prezident cənab İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, vətəndaşlarda sabaha, parlaq gələcəyə olan inamı daha da möhkəmləndirdi". Millət vəkili Azər Badamov deyib ki, son 15 il ərzində iqtisadiyyatımıza 230 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizin hər bir sahəsində sıçrayışlı inkişafa yol açıb, ümumi iqtisadiyyatımızın 3 dəfədən çox artmasına gətirib çıxarıb: "Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini artırıb. Artıq Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır. Təkcə 2018-ci ilin avqust ayında ölkəmizə Almaniya Kansleri xanım Angela Merkelin, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Binəli Yıldrımın, Gürcüstanın Baş Naziri cənab Mamuka Baxtadze və başqa ölkələrin rəsmilərin intensiv səfərləri onu deməyə imkan verir ki, Azərbaycan dünya üçün vacib aktora çevrilib". Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edən A. Badamov vurğulayıb ki, bu, ölkəmizin dünyada dostlarının sayını artırır: "Ölkəmizə səfərə gələn hər bir dövlət rəhbəri Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi yüksək uğurlardan və ölkəmizlə strateji əməkdaşlıq etmək imkanlarında geniş danışır. Bu ölkəmiz üçün böyük nailiyyətdir". İqtisadçı Vüqar Bayramov isə bildirib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyini qoruyub saxlaya bildi, eyni zamanda iqtisadiyyatda artım qeydə alındı. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1 faiz artması 2017-ci ildə əldə edilən stabillikdən sonra iqtisadi inkişafın bərpası kimi baza artım olaraq xarakterizə olunur: "Çünki növbəti illərdə Azərbaycan daha yüksək iqtisadi artım əldə edə biləcək". V.Bayramov söyləyib ki, beynəlxalq maliyyə qurumlarının proqnozuna əsasən 2019-cu ildə Azərbaycan iqtisadiyyatındakı artım tempi 3,6 faizə qədər yüksələcək. 2018-ci ilin Azərbaycan və region üçün əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin reallaşması ilə yadda qaldığını deyən ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi cari ilin iqtisadi baxımdan ən yadda qalan hadisələrindən biri oldu: "Praktiki olaraq Cənub Qaz Dəhlizinin Avropa hissəsinin də inşaatı başa çatmaq üzrədir və Azərbaycan bu dəhliz vasitəsi ilə Türkiyəyə əlavə olaraq 8 milyard kubmetrə yaxın mavi qaz, Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək.Bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa və Türkiyəyə ötürüləcək mavi qazın həcmi 31 milyard kubmetr olacaq. Bu da Azərbaycana mövcud qiymətlər ilə 150 milyard dollara yaxın gəlirin daxil olması deməkdir". V. Bayramov qeyd edib ki, 2018-ci ildə eyni zamanda qeyri-neft sektorunda da bir sıra layihələr reallaşıb: "Belə ki, sənaye parklarının açılması xüsusən regionlar üçün əhəmiyyətli olan layihələrin icrası kimi xarakterizə olunur. Ümumilikdə götürsək isə, 2018-ci il əvvəlki ildə əldə edilən stabilliyin iqtisadi artıma çevrilməsi ili kimi yadda qaldı. Bu növbəti illərdə daha sürətli iqtisadi artım üçün baza formalaşdırır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31