Hulusi Akar: "Nargin adasında saxlanılan türk əsgərlərə qardaş yardımını əsla unutmayacağıq"
4 Yanvar 2019 14:37 SiyasətTürkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 104 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımını əsla unutmadıq və unutmayacağıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".
Xatırladıq ki, yanvarın 4-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31