Cənubi Qafqazda siyasi situasiya yeni mərhələyə keçir

2018-ci il bütün istiqamətlər üzrə uğurlu və yadda qalan il kimi tarixə düşdü. Həyatımızın bütün sahələrində əldə edilən müsbət nəticələr, eləcə də həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət 2019-cu ilin də uğurlarla yadda qalacağı qənaəti formalaşdırıb. Ancaq bu da bir reallıqdır ki, dünya inkişaf etdikcə, dəyişdikcə yeni qlobal çağırışlar meydana çıxır və hər bir ölkə də həmin çağırışlara uyğun addımlar atmaq məcburiyyətində qalır. Heç şübhəsiz ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün yeni qlobal çağırışlara uyğun olaraq addımlar atmalı, xüsusilə xarici siyasət sahəsinə müəyyən mənada diqqət yetirməlidir. Təsadüfi deyil ki, ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, 2019-cu ildə ölkənin xarici və daxili siyasətində regional şərtlərə uyğun olaraq islahatlar aparmaq mütləqdir.

2018-ci il bütün istiqamətlər üzrə uğurlu və yadda qalan il kimi tarixə düşdü. Həyatımızın bütün sahələrində əldə edilən müsbət nəticələr, eləcə də həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət 2019-cu ilin də uğurlarla yadda qalacağı qənaəti formalaşdırıb. Ancaq bu da bir reallıqdır ki, dünya inkişaf etdikcə, dəyişdikcə yeni qlobal çağırışlar meydana çıxır və hər bir ölkə də həmin çağırışlara uyğun addımlar atmaq məcburiyyətində qalır. Heç şübhəsiz ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün yeni qlobal çağırışlara uyğun olaraq addımlar atmalı, xüsusilə xarici siyasət sahəsinə müəyyən mənada diqqət yetirməlidir. Təsadüfi deyil ki, ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki,  2019-cu ildə ölkənin xarici və daxili siyasətində regional şərtlərə uyğun olaraq islahatlar aparmaq mütləqdir. Onun sözlərinə görə, xarici siyasətdə manevr siyasəti, bu il ərzində bir o qədər efdektli olmaya bilər: "Çünki, Birləşmiş Ştatların Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar sərtləşir, regionumuz zorən rəqabət meydanına və münaqişə zonasına daxil olur. Vaşinqton tərəfindən ölkəmizdən tərəf tutmağı, İranla və Rusiya ilə getdikcə məsafə saxlanmağı istəniləcək. Qeyd edim ki, Azərbaycanın İran və Rusiya ilə qarşılıqlı etimad mühitində qonşuluq münasibətləri son illərdə xətt üzrə inkişaf edib. Amma, beynəlxalq vəziyyətin dəyişməsi, şimal və cənub qonşularımızın beynəlxalq münaqişənin bir hissəsi olması, ölkəmizə də təsirsiz ötüşməyəcək". Politoloq hesab edir ki, Rusiya ölkəmizi hərvəchlə öz orbitinə -Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa təhrik edir: "Müxtəlif yollarla təzyiq mexanizmləri ilə təsir etməyə çalışır. Biz bunu ötən il Azərbaycanın Avropa İttifaqı və ABŞ-la Brüsseldə keçirdiyi görüşlərdən və həmçinin TANAP-ın açılışından sonra Moskvanın ölkəmizə qarşı münasibətindən gördük. Bu, geniş ictimaiyyətə açıq olmasa da, Kremlin siyasəti təhdid olaraq qalır.  İranla hazırda ölkəmiz iqtisadi əlaqələrdə artıq müəyyən məsafələr saxlamağa başlayıb. Bu, ölkəmizin təhlükəsizliyi üçün vacib məsələdi". Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Ermənistanda və Gürcüstanda mövqelərini möhkəmləndirir: "Artıq, demokratiya Cənubi Qafqazdadır. Hər üç respublika Birləşmiş Ştatlar və Avropa üçün Cənubi Qafqaz regionu kimi görünür. Burada demokratiya və siyasi islahatların inkişafı Rusiya və İranın təsirindən qorunmaq üçün ideal bir siyasi gedişdi. Qərb mərhələ-mərhələ Cənubi Qafqazda siyasi planını reallaşdırır. Məhz Kremlə söykənən 20 illik Qarabağ klanı-Sərkisyan rejimi bu plan nəticəsində devrildi. Bu inqilabların istər Gürcüstanda, istərsə Ermənistanda baş verməsi sosial vəziyyətin ağır olması, avtoritar sistemin bərqərarı, ədalətsiz bir cəmiyyətin olmasından irəli gəldi. Bütün inqilabların kökündə məhz bu amil durur. Ona görədə Cənubi Qafqazda demokratiya və siyasi islahatlar qaçılmazdı". Birləşmiş Ştatların yeni səfir təyinatına da toxunan Məhəmməd Əsədullazadə bildirib ki, Amerika Senatı Erl Litsenberqerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib: "Qeyd edim ki, yeni təyin olunan səfir əsasən, NATO və Dövlət Departamentində hərbi-siyasi və təhlükəsizlik məslələri üzrə çalışıb. Dövlət Departamentinin hərbi və təhlükəsizlik sahəsində çalışan birinin ölkəmizə səfir göndərməsi təsadüfi deyil. Çünki, Cənubi Qafqazda siyasi situasiya yeni mərhələyə keçdiyinə görə, Vaşinqtonla Moskva arasında bu regionda siyasi toqquşmalar yaşanır. Fikir versək, Vaşinqtonla Moskvanın Gürcüstan və Ermənistanda siyasi toqquşması davam edir. Növbəti məkan Azərbaycan ola bilər. Ona görə də ABŞ ölkəmizə göndərdiyi səfiri xüsusi seçib. Qeyd edim ki, Birləşmiş Ştatlar müəyyən zamanlarda regionda baş verən proseslərə uyğun olaraq ölkəmizə səfir təyinatını diplomatların peşə xüsusiyyətlərinə və çalışdıqları sahəyə görə təyin edib. İlk əvvəllərdən başlayarq, Birləşmiş Ştatlar regionumuzda enerji məslələrinə üstünlük verdiyi üçün daima bu sahə üzrə ixtisaslaşan və təcrübəsi olan diplomatları ölkəmizə səfir göndərib. İndi isə, artıq enerji məsələləri öz həllini tapıb, bu layihələrin qarşısında olan əngəllər ortadan qaldırılıb. İndi Vaşinqtonun qarşısında duran əsas məqsəd Azərbaycanla sıx siyasi-hərbi əlaqələri gücləndirməklə, Qafqada mövqeyini artırmaqdı". Politoloq qeyd edib ki, yeni səfirin Azərbaycanda fəaliyyəti demək olar ki, gərgin olacaq: "Xəzər regionunda ABŞ-ın maraqları artır və Azərbaycanın qonşusu Rusiya və İranla konfontrasiya yaşayır. Yeni səfiri ölkəmizdə daha sıx və gərgin iş qrafiki gözləyir".

Erl Litsenberqerin Qarabağ münaqişəsinin həllinə digər səfirlərdən fərqli olaraq, daha da yaxından iştirak edəcək. Çünki, Vaşinqton öz geosiyasi maraqlar prizmasından Qarabağ konfliktinin həllində maraqlıdır.

Bundan əlavə, ABŞ-Azərbaycan əlaqələri hərbi-texniki və təhlükəsiz sahəsində inkişaf edəcək. Hətta ABŞ-la böyük partiyada silah alışı da reallaşa bilər. Həmçinin səfir ölkəmizin avrointeqrasiya kursunun aparılmasına, Rusiya və İranın aqressiyasına qarşı səylərini artıracaq. Sabiq səfir Robert Sekutadan fərqli olaraq, Erl Litsenberqer səlahiyyət müddətində sükuta üstünlük verməyəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31