Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola düşürlər

Respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanılıb. “OLAYLAR” xəbər verir ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Bu münasibətlə respublikamızın şəhər və rayonlarında yolasalma tədbirləri keçirilir.

Respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanılıb. "OLAYLAR" xəbər verir ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Bu münasibətlə respublikamızın şəhər və rayonlarında yolasalma tədbirləri keçirilir.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinin şəxsi heyəti, şəhid ailələrinin, ictimaiyyətin təmsilçiləri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31